Icma.az
close
up
RU
Şanlı zəfərimizin qalib şəhidi

Şanlı zəfərimizin qalib şəhidi

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

11 iyun Nail Orucovun doğum günüdür
Şanlı zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində canını fəda edən minlərlə igidlərimizdən biri də Nail Rəfail oğlu Orucov olub. O, 1978-ci ildə Astaranın Məscid məhəllə kəndində dünyaya gəlib, pak niyyətli ailədə boya-başa çatıb. Sağlam əqidəli, xalqa, dövlətli sədaqətli oğul kimi bütün həyatını Vətənə bağlayan Nail yağı düşmənin torpaqlarımızda törətdiyi vəhşiliklərlə heç cür barışa bilmirdi.
Nail Orucov əvvəlcə Hərbi liseydə oxuyur. Burada hərbin sirlərinə bacarıqla yiyələnir və dərin zəkası, həyata baxışı onu çoxlarının sevimlisinə çevirir. Liseyi başa vura Nail 1995-ci ildə Bakı Ümumqoşun məktəbinə daxil olur. Kökdən gələn mənəvi zənginlik, nəcib əməllər uğrunda çalışmaq istəyi, Vətən yanğısı, onun xilasına yönələn mütərəqqi idealları, məqamında insanların köməyinə yetmək məharəti yeni təhsil ocağında da ona arzularına çatmaqda stimul verir. Vətəninə etibarlı müdafiəçi olmaq istəyi ilə o, məktəbi yüksək səviyyədə "Motoatıcı" ixtisası üzrə bitirib, leytenant rütbəsi qazanır.
Həyatının dəyərini Vətəninə, xalqına ləyaqətli xidmətdə görən Nail Orucov 1999-cu ildə leytenant rütbəsində ixtisası üzrə Milli Ordu sıralarda xidmətə başlayır. Birinci taqım komandiri vəzifəsi ona həvalə edilir. Nümunəvi xidməti, insana qayğısı ilə əsgərlərin, zabitlərin dərin məhəbbətini qazanır. Sonra bölük komandiri, tabor komandirinin maddi texniki təminat üzrə müavini, qərargah rəisi, maddi texniki təminat bölməsinin rəisi və maddi-texniki təminat üzrə rəis vəzifəslərində çalışır. Pillə-pillə ucaldıqca, layiq olduğu rütbələri alır. Polkovnik-leytenant kimi ehtiyata buraxılır...
Nəhayət, polkovnik-leytenantın istədiyi gün gəlir. 29 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə cəlb olunur. Oktyabrın 6-dan etibarən Birinci tabor komandiri vəzifəsində Qarabağ naminə odun-alovun içinə atılır. Onun taboru Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində bir-birindən çətin əks-hücum əməliyyatlarında mərdliklə vuruşur, düşməni ciddi itkilər verməklə geri çəkilməyə məcbur edir, Qubadlı rayonunun Azərbaycan və Ermənistan sərhədin tam nəzarətə alır. Oktyabrın 31-də düşmən təxribatı nəticəsində Qubadlıya yenidən hücum olunur və düşmənin artilleriya atəşi nəticəsində polkovnik-leytenant Nail Orucov şəhadətə yüksəlir. 42 yaşında Vətən sevgisi ilə vətənləşən Astaranın igid oğlu şanlı zəfərimizin qalib şəhidi kimi milyonların qəlbinə köçür.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri