Icma.az
close
up
RU
Qarabağda xəzinə tapılıb Bu rayonların taleyi dəyişir

Qarabağda xəzinə tapılıb Bu rayonların taleyi dəyişir

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşğaldan azad olunan ərazilərdə zəngin xammal ehtiyatları hesabına yeni istehsal sahələrinin yaradılması planlaşdırılır.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə işğaldan azad olunan ərazilərdə yeni istehsal sahələrinin qurulacağı bildirilib. Dövlət Proqramına əsasən, Ağdərə və Kəlbəcər rayonlarında yeni zavodların inşası nəzərdə tutulur.

Ağdərə rayonu əlvan və qiymətli metal ehtiyatları ilə Qarabağın zəngin bölgələrindən biri hesab olunur. Rayon ərazisində sənaye əhəmiyyətli mis, qızıl, sink və qurğuşun yataqları mövcuddur. Sezar pizza

Ağdərədə yerləşən "Dəmirli" mis yatağında aparılan son geoloji kəşfiyyatlara əsasən, ərazidə 470 min tona yaxın mis ehtiyatının olduğu bildirilir.

Rayondakı Qızılbulaq yatağı isə qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlərdə qızılın orta miqdarı 4,0 qram/ton, gümüş 5,4 qram/ton, mis isə 1,41 faiz təşkil edir. Yataqda həmçinin selen, tellur və kükürd kimi qiymətli komponentlər qeydə alınıb.

Kəlbəcər rayonu da zəngin faydalı qazıntı ehtiyatları ilə seçilir. Rayonda hesablanmış ehtiyatlar arasında 143 ton qızıl, 248 ton gümüş, 57 min ton mis, 266 ton selen və 274 min ton kükürd yer alır.

Kəlbəcərdə yerləşən Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Bundan başqa, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl ehtiyatının olduğu bildirilir.

Rayonun Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında isə min tondan artıq civə ehtiyatları mövcuddur. Kəlbəcər mərmər oniksi, nefroid və digər faydalı ehtiyatları ilə də zəngindir.

Mövcud göstəricilər Ağdərə və Kəlbəcərin böyük xammal potensialına malik olduğunu göstərir. Yeni istehsal sahələrinin və zavodların yaradılması isə bu ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunmasına və Qarabağla Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında rolunun daha da artmasına imkan yarada bilər.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Sentyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri