Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Report-a xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsini ziyarət edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
Onun sözlərinə görə, hazırda bir sıra aqrosənaye komplekslərini də əhatə edəcək aqroşəhərciyin layihələndirilməsi davam edir.
"Biz 2027-ci ildə bəzi aqrosənaye kompleksləri ilə birlikdə aqroşəhərciyin layihələndirilməsini başa çatdıracağıq. Və əgər hər şey yaxşı olarsa, 2027-ci ildə orada birgə tikintiyə başlamağı planlaşdırırıq", - diplomat qeyd edib.
Dmitri Pinkеviç həmçinin bildirib ki, 2027-ci ildə Ağdamda Belarus şirkəti "Vertus"un iştirakı ilə birgə lift istehsalının yerləşdirilməsi planlaşdırılır:
"2027-ci ildə Ağdamda biz həmçinin Belarus tərəfinin - "Vertusgülnar" şirkətinin iştirakı ilə Azərbaycan istehsalı olan liftlərin birgə istehsalını yerləşdirməyi planlaşdırırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 12 Sentyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















