“Qarabağ”dan ayrılan Sami Mmae Kipr klubuna keçdi
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Xorvatiyanın “Dinamo Zaqreb” futbol klubunun müdafiəçisi Sami Mmae karyerasını Kiprdə davam etdirəcək.
İdman.Biz xəbər verir ki, “Pafos” 29 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb. Kiprin “Goal News” nəşrinin məlumatına görə, Mmae 2026/2027 mövsümünün sonunadək icarə əsasında Kipr təmsilçisinin formasını geyinəcək. Razılaşmaya futbolçunun satın alınması hüququ da daxil edilib.
“Pafos”un açıqlamasında Mmaenin Avropanın müxtəlif çempionatlarında və UEFA turnirlərində qazandığı təcrübəyə diqqət çəkilib. Mərakeş millisinin üzvü daha əvvəl “Gent” (KAA Gent), “Standard” (Standard Liège), “Maastrixt” (MVV Maastricht), “Sent-Tröyden” (Sint-Truiden), “Ferentsvaroş” (Ferencváros), “Dinamo Zaqreb” və “Qarabağ”da çıxış edib.
Kipr mətbuatı təcrübəli mərkəz müdafiəçisinin Rikardu Sa Pintonun rəhbərlik etdiyi komandanın müdafiə xəttində rəqabəti artıracağını yazıb. Mmaenin transferi “Pafos”un əsas heyət üçün nəzərdə tutulan sonuncu əcnəbi yerini də doldurub.
Sami Mmae 2025-ci ilin iyulunda “Dinamo Zaqreb”dən “Qarabağ”a icarəyə verilmişdi. Onun Ağdam klubundakı icarə müddəti iyunun 30-da başa çatıb. Müdafiəçi ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlər üzrə 15 matç keçirib və bir qol vurub.
Mmae “Pafos”da Azərbaycan futbolunun digər nümayəndəsi Murad Məmmədovla birlikdə çıxış edəcək. “Neftçi”nin yetirməsi olan 20 yaşlı cinah hücumçusu Kipr klubu ilə 2030-cu ilin yayınadək müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 12 İyul 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















