Icma.az
close
up
RU
“Qarabağ” böyük klubdur, şadam ki, buradayam” Sami Mmae

“Qarabağ” böyük klubdur, şadam ki, buradayam” Sami Mmae

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Şelburn”la matçdan sonra Ağdam təmsilçisinin Xorvatiyanın “Dinamo” klubundan icarəyə götürdüyü Sami Mmae İdmanxeber.az-a müsahibə verib.

28 yaşlı mərkəz müdafiəçi “Qarabağ”ın Çempionlar Liqasında növbəti mərhələyə adlaması, özünün “köhlən atlar”a transferi və digər sualları cavablandırıb:

– “Qarabağ”da debüt etdiniz. Fikirləriniz necədir?

– ⁠Düşünürəm ki, matçı idarə edən tərəf idik. Topa daha çox sahib olduq. Əlbəttə, daha yaxşı oynaya bilərdik. İlk qoldan sonra bizim üçün asan oldu: Topu daha çox özümüzdə saxladıq. Hesab fərqi daha çox ola bilərdi. Artıq növbəti mərhələyə hazırlaşacağıq.

– ⁠Növbəti mərhələdə Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşacaqsınız. Bu rəqibi daha rahatlıqla məğlub edəcəyinizi demək olarmı?

– ⁠Hər bir rəqibə hörmətlə yanaşırıq. Asan komanda yoxdur.

– ⁠”Qarabağ”a uyğunlaşma prosesiniz necə davam edir?

– ⁠Komandada ab-hava çox yaxşıdır. Hamı məni yaxşı qarşıladı. Hər kəs çalışır ki, yeni gələn futbolçuya dəstək olsun. Ona görə də adaptasiya prosesim tez keçdi.

– “Qarabağ”ın hazırkı durumu barədə əvvəlcədən məlumatınız var idi, yoxsa gəlməmişdən qabaq hansısa futbolçudan nəyisə dəqiqləşdirmişdiniz?

– Kadi Borges və Abdullah Zubiri çox yaxşı tanıyıram. Zubirlə danışarkən dedi ki, “Qarabağ” çox yaxşı komandadır. Ambisiyalı, çox böyük klubdur. Ona görə də burada oynayır, uğur qazanırlar. Fikrimcə, bura gəlmək ən düzgün qərar idi. “Qarabağ” böyük klubdur, şadam ki, buradayam.

– ⁠Ötənilki “Qarabağ”la indiki arasında hansı fərq var?

– ⁠Demək çətindir. Amma mən ötən il “Dinamo”da idim. Bu gün isə “Qarabağ”ın şərəfini qoruyuram. Keçən il “Qarabağ”a qarşı oynayarkən də görmüşdüm ki, Ağdam təmsilçisi keyfiyyətli komandadır, səviyyəli futbolçuları var. Bu gün də belədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 31 İyul 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri