Icma.az
close
up
RU
“Qarabağ”dan biabırçı nəticə: “Qurban Qurbanov ...”

“Qarabağ”dan biabırçı nəticə: “Qurban Qurbanov ...”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” bu mövsüm bütün futbol ictimaiyyətini narahat edib. 

Belə ki, illərdir ölkəmizi Avropada uğurla təmsil edən komanda bu mövsüm biabırçı nəticələrə imza atdı. Ağdam təmsilçisi Avropa Liqasının liqa mərhələsinin ilk dəfə tətbiq olunduğu mövsümdə böyük hesablı məğlubiyyətlərlə yadda qaldı. Üstəlik, hər oyun futbolçular arasında anlaşmanın olmaması və taktiki gedişlərin də yetərsiz qalması xüsusi diqqət çəkirdi. Bundan başqa, həddindən artıq zəif heyətin qurulması da “Qarabağ”ın uğursuz çıxışına səbəb oldu. 

Beləliklə, “Qarabağ” 36 komanda arasında 36-cı olaraq fiaskoya imza atıb. 

Bəs “Qarabağ”ın Avropada bu qədər bərbad çıxış etməsinə səbəb nədir? 

“Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eskperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu mövsüm hər kəs “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksələcəyini gözləyirdi: 

“Çünki Ağdam təmsilçisi çox böyük uğurlara imza atmışdı. Lakin “Qarabağ” “Dinamo Zaqreb”i keçə bilməyərək Avropa Liqasına düşdü. Komandamıza Avropada uğur qazanmaq üçün ən azı 3 mövqe üzrə alternativ futbolçular lazım idi. 

Təəssüf ki, bu transferlər həyata keçirilmədi. Nəticə etibarilə “Qarabağ” bu mövsüm çox uğursuz çıxış etdi. Lakin ümid edirdik ki, “Olimpiakos”la son matçda ən azı 1 xal qazanar və turnir cədvəlində sonuncu sırada yer almaz. Futbolçular və məşqçilər korpusunda tükənmişlik hiss olunurdu. 

Onlara inamsızlıq ən yüksək səviyyədə idi. Hətta komanda ruhu da istənilən səviyyədə deyildi. “Qarabağ” topu daha çox mərkəzdə saxlamağa çalışdı, amma hücum fazasında oyunçu keyfiyyətinin aşağı olması istənilən nəticəni əldə etməyə imkan vermədi. Ümumiyyətlə, “Qarabağ” mental, fiziki və düşüncə olaraq bu turnirə hazır deyildi. Düşünürəm ki, komanda yenidən qurulmalıdır. Çünki bu heyət artıq tükənib”. 

Ekspert qeyd edib ki, yerli futbolçularımız istənilən səviyyənin çox gerisində qalıblar: 

“Nə vaxta qədər Zubirin lazımsız top saxlamalarına baxacağıq? Azərbaycan futbol azarkeşi nə üçün Musa Qurbanlı və Nəriman Axundzadəyə ümid bağlamalıdır? Əgər dünənki matçda Juninyo olsaydı, epizodların ən azı ikisini qola çevirə bilərdi.

Ona görə də legioner limitinin sərbəst olmağının tərəfdarıyam. Yerli futbolçularla Biləcəridən o tərəfə keçə bilmərik. Bu, özünü bir daha göstərdi.

Futbolçularımız bir müddət inkişaf edirlər, sonra yarımçıq qalır. Yəni onlarda natamamlıq var. Legioner limitinin sərbəst olması bu futbolçularımızı da bir az özünə gətirər”. 

Elçin Cəfərov futbolumzudakı mövcud problemlərə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) günahlandırıb: “Problem illərdir Azərbaycan futbolunu böyrü üstə qoyan, məhv edən AFFA rəhbərliyinin üzərinə düşür. Onlar bu uğursuzluqlara görə məsuliyyət daşıyırlar. İllərdir Azərbaycan futbolunu elə bir vəziyyətə salıblar ki, inkişafın qol-qanadını qırıblar. Hətta yerli futbolçularımız akademiyalarda natamam yetişdilər. Əslində, akademiyaları dağıdıb yerinə yaşayış kompleksi tikəndə futbolumuzun gələcəyi və yerli futbolçuların inkişafı naminə nələrsə tələb edə bilmərik. Qurban Qurbanov yerli futbolçulara şans verməyə çalışdı, lakin yerli futbolçularla istənilən nəticəni qazanmağın mümkün olmayacağı göründü”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri