Qarabağın baş məşqçisi: Juninyonun keçidi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Juninyonun gedişi itki sayıla bilər. Lakin bu keçid baş tutarsa, Azərbaycan futbolu üçün önəmli hadisə olacaq.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis hücumçu Olavio Juninyo ilə Braziliyanın "Flamenqo" və İspaniyanın "Sevilya" klublarının maraqlanmasına münasibət bildirib:
"Juninyo məsələsi konkretləşməyib. Əvvəl "Sevilya" ilə demək olar razılaşdırılmışdı. Daha sonra "Flamenqo" variantı ortaya çıxdı. Belə klublardan bizə təklif gəlməsi "Qarabağ"ın böyüməsi deməkdir. İstər İspaniya, istərsə də Braziliya mətbuatı "Qarabağ"dan yazmağa başladı. Bu işdə futbolçunun özünün də istəyi önəmlidir. Hər şey yaxın günlərdə dəqiqləşəcək".
Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 09 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















