“Qarabağ”ın baş məşqçisi təhqir və təhdidə görə 5 oyunluq cəzalandırılıb
Icma.az bildirir, Report.az portalına istinadən.
“Qarabağ”ın 15 yaşadək oğlanlardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev 5 oyunluq cəzalanıb.
“Report” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.
Buna mütəxəssisin noyabrın 8-də U-15 Liqasında keçirilən “Turan Tovuz”la matçın 67-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb. O, həmçinin müstəsna hal kimi 500 manat cərimə edilib.
Sözügedən oyunda “Qarabağ”ın futbolçusu Oqtay Mehrəliyev də cəzalandırılıb. O, qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyunluq diskvalifikasiya olunub.
“Qarabağ”ın azarkeşləri də hakimləri təhqir və təhdid ediblər. Bu hal oyunboyu davam etdiyinə görə komandanın növbəti oyununun azarkeşsiz keçirilməsinə qərar verilib.
Baxış sayı:141
Bu xəbər 19 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















