“Qarabağ”ın baş məşqçisi Yankoviçin sabahkı oyun çıxmaq şanslarını dəyərləndirib
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Marko Yankoviçin “Atletik”lə oyunda “Qarabağ”ın start heyətində yer alması hələ ki, qərarlaşdırılmayıb.
İdman.Biz xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü turunda “Atletik Bilbao” ilə oyundan əvvəl bunu bildirib.
“O, bizimlə məşq edir, lakin optimal formasına çatmağına hələ var. Ona start heyətində yer verib-verməyəcəyimizə sabah qərar verəcəyik”, - Qurbanov qeyd edib.
Məşqçi komandaya təkcə Azərbaycanda deyil, digər türk ölkələrində də göstərilən diqqəti şərh edib.
“Biz bilirik ki, bizim matçlarımız Türkiyədə də izlənilir. Biz onların dəstəyini hiss edirik və buna görə minnətdarıq. Bizi yüksək qiymətləndirirlər və bu, bizə əlavə motivasiya verir”, - baş məşqçi vurğulayıb.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 Oktyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















