Icma.az
close
up
RU
Azərbaycan millisinin baş məşqçisi “Sabah” və “Araz Naxçıvan”ın Konfrans Liqasındakı şanslarını dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi “Sabah” və “Araz Naxçıvan”ın Konfrans Liqasındakı şanslarını dəyərləndirib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 avqust, AZƏRTAC

"Sabah" - "Levski" oyununda şanslar bərabərdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın U-17 yığmasının baş məşqçisi Aqil Nəbiyev UEFA Konfrans Liqasının III tənsifat mərhələsində bu gün cavab oyunlarına çıxacaq “Sabah” və “Araz-Naxçıvan”ın şanslarını dəyərləndirərkən deyib.

O, Bolqarıstan təmsilçisi “Levski”nin “Sabah”la Bakıdakı matçda açıq futbol oynamayacağını bildirib: "İlk matçda “Sabah” tərəfdən böyük səhvlər olmadı. Sadəcə, Valdas Dambrauskas müdafiə futbolu oynatdı. Bu da rəqibin adlı-sanlı olması ilə bağlı idi. Fikrimcə, Bakıda hər iki komanda ehtiyatlı futbol oynayacaq. "Levski"nin rahat mübarizə aparacağına inanmıram. Çünki təmsilçimizin çox yaxşı hücum xətti var. Onlar rəqib üçün baş ağrısı ola bilərlər. Azarkeş dəstəyi də bu gün "Sabah" üçün önəmli olacaq”.

Mütəxəssis Kiprdə “Omoniya”nın qonağı olacaq “Araz-Naxçıvan” komandasının növbəti mərhələyə vəsiqə qazanmaq şanslarının çox az olduğunu söyləyib: “Omoniya” Avropa təcrübəsi olan komandadır. Naxçıvan təmsilçisi isə təcrübəsizdir. Buna görə də birinci görüş onlar üçün belə alındı. Futbolda mümkünsüz heç nə yoxdur. “Araz-Naxçıvan” ilk növbədə Azərbaycan futbolunun adına görə oynamalıdır. Kiprdə qazanılacaq qələbə ölkə reytinqinə xal gətirəcək”.

“Sabah” Masazırdakı "Bank Respublika Arena"da Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq. Ukraynalı baş hakim Mikola Balakinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Sofiyadakı ilk qarşılaşmada meydan sahibləri minimal hesablı qələbə qazanıblar. Bu cütün qalibi pley-off mərhələsində "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsünü sınağa çəkəcək.

"Araz-Naxçıvan" isə Kiprdə "Omoniya" ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matçın baş hakimi danimarkalı Yakob Kehlet olacaq. Naxçıvan təmsilçisi Bakıda keçirilmiş ilk görüşdə 0:4 hesabı ilə uduzub. Bu cütün qalibi Avropa Liqasında çıxış edən PAOK (Yunanıstan) - "Volfsberq" (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see164

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see127

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri