“Qarabağ”ın bugünkü oyunu təxirə salına bilər Fotolar
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Misli Premyer Liqasının 19-cu turunda keçiriləcək “Şamaxı” – “Qarabağ” oyunundan öncə çətin vəziyyət yaranıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Şamaxı Şəhər Stadionuna qar yağıb.
Stadionun ot örtüyü tamamilə qarın altında qalıb. Hazırda təmizlik işləri getsə də, qar yağmağa davam edir.
Matçın təxirə salınmaq ehtimalı var.
PFL-in texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov saytımıza açıqlamasında matçın təxirə salınma ehtimalını təkzib etməyib: “Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan peşəkar qar təmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi üçün təmizlənən ərazi yenidən qarla örtülür və əsas problem məhz budur. Amma işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da təmin olunub. Əlbəttə ki, əsas məqsəd oyunun əvvəlcədən planlaşdırıldığı qaydada keçirilməsidir və bunun üçün bütün addımlar atılır. Əgər aradan qaldırılması mümkün olmayan problemlər meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq addımlar atılacaq”.
Qeyd edək ki, qarşılaşma saat 14:30-da başlayacaq.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















