Real ın dünya çempionatındakı oyunu təxirə salına bilər
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Klublararası dünya çempionatının 3-cü turunda keçiriləcək "Real" – "Zaltsburq" matçı təxirə salına bilər.
QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, iyunun 27-i Filadelfiyada keçirilməsi gözlənilən oyuna əlverişsiz hava şəraiti mane ola bilər.
Sözügedən ştatda müşahidə olunan anormal istidən sonra güclü ildırım və leysan riski yüksək qiymətləndirilir. Qaydalara əsasən, stadionun 13 kilometr radiusunda ildırım qeydə alınarsa, qarşılaşma dayandırılmalıdır. Yalnız son ildırım səsinin eşidilməsindən 30 dəqiqə sonra oyunun bərpasına icazə verilir.
Qeyd olunur ki, turnirin təşkilatçıları artıq hər iki komandanı potensial hava problemləri ilə bağlı məlumatlandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 İyun 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















