Icma.az
close
up
RU
“Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda görüş keçirilib

“Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda görüş keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Qarabağ Dirçəliş Fondunun (QDF) və “Opalus Partners Group” şirkətinin birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərilməsi məqsədilə “Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda görüş keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində təşkil olunan tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri, “Opalus Partners Group” şirkətinin direktoru Çimnaz Qasımova, eləcə də Fondun donor və tərəfdaşları, bir sıra dövlət qurumlarının və şirkətlərin nümayəndələri iştirak ediblər.

Görüşün məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı məlumatların təqdim olunması, eləcə də qurumların/şirkətlərin əməkdaşları arasında ianəçilik mədəniyyətinin təşviq olunması istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması olub.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirərək, rəhbərlik etdiyi qurumun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb. İdarə Heyətinin sədri QDF-in fəaliyyətinin prioritet istiqamətləri, eləcə də Fondun bu günə qədəki maliyyə göstəricilərini diqqətə çatdırıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin yenidən qurulması və ixtisaslı kadrların hazırlanması istiqamətində Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

“Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri Azərbaycanda ianə mədəniyyətindən və işğaldan azad edilmiş ərazilərin bərpasında ianəçiliyin rolundan danışıb. Qarabağ Dirçəliş Fondunun bir sıra layihələrində donor və tərəfdaş kimi iştirak etdiklərini deyən İlqar Nuri digər şirkətləri QDF-lə yaxından əməkdaşlıq etməyə və bununla da Qarabağın bərpasına və dirçəldilməsinə töhfə verməyə çağırıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə Fond tərəfindən maliyyə dəstəyi ayrılan və icra olunan layihələrlə bağlı geniş təqdimatla çıxış edib.

Daha sonra Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova Fondun fandreyzinq layihələri və ianə imkanları ilə bağlı məlumat verib (İanə üsulları ilə ətraflı burada tanış ola bilərsiniz: https://qdf.gov.az/iane-imkanlari/).

Mayın 28-də Müstəqillik Gününün, iyulun 22-də isə milli mətbuatın yaradılmasının 150 illiyinin qeyd olunacağını xatırladan Pərvin Bağırova tədbir iştirakçılarını bu əlamətdar günlər münasibətilə Fonda ianə edərək Qarabağın bərpası kimi mühüm bir missiyanın iştirakçısı olmağa dəvət edib (Hədiyyə ianə sertifikatı üçün bura daxil olun: https://qdf.gov.az/iane-imkanlari/hediyye/.

Pərvin Bağırova Fondun həyata keçirdiyi bir sıra layihələr – “Qarabağın Rəngləri”, “Dirçəliş Kuboku” futbol turniri, “Qarabağ Gecəsi” xeyriyyə konserti, “Nə? Harada? Nə zaman?” intellektual xeyriyyə turniri ilə bağlı da geniş məlumat verib, ictimai təşəbbüsləri dəstəkləməklə sosial təsirin gücləndirilməsinin vacibliyini vurğulayıb.

2025-ci il iyunun 26-da “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konsertinin keçiriləcəyini diqqətə çatdıran Pərvin Bağırova hər kəsi bilet alaraq işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək olmaları üçün çağırış edib.

Görüşün sonunda korporativ könüllülük prinsiplərinin təşviqi, əməkdaşların bilik, bacarıq və resurslarının sosial fayda naminə yönləndirilməsi, eləcə də bu istiqamətdə ictimai maraqlı təşəbbüslərin stimullaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri