Icma.az
close
up
RU
“Novruzun odu və Qarabağın dirçəlişi” sərgisi keçirilib FOTO

“Novruzun odu və Qarabağın dirçəlişi” sərgisi keçirilib FOTO

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Novruz bayramı ərəfəsində milli-mənəvi dəyərlərin təbliği, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və Qarabağın dirçəlişinin sənətin dili ilə ifadə olunması məqsədilə “Novruzun odu və Qarabağın dirçəlişi” adlı qrup sərgisi təşkil olunub.

Sherg.az xəbər verir ki. tədbir Sumqayıt şəhər 2 nömrəli Gənclər-İnkişaf Mərkəzi və Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Sərgidə 2 nömrəli Gənclər-İnkişaf Mərkəzinin müəllimi, rəssam Günel Aslanovanın və tələbələrinin rəsm əsərləri nümayiş olunub. Gənc rəssamların təqdim etdiyi əsərlərdə Novruz bayramının qədim ənənələri, baharın gəlişi, təbiətin oyanışı, milli-mənəvi dəyərlərimiz, eləcə də Qarabağın azad olunmasından sonra bu torpaqlarda baş verən dirçəliş və yenidənqurma prosesi bədii şəkildə göstərilib.

Tədbirin əvvəlində qonaqlar sərgi ilə tanış olub, gənc rəssamların əsərlərinə baxış keçiriblər. Daha sonra sərginin rəsmi açılış mərasimi baş tutub. Açılış zamanı qonaqlar salamlanıb, sərginin ideyası və mövzusu haqqında məlumat verilib, Novruz bayramının yenilənmə və oyanış rəmzi olması, eyni zamanda Qarabağın azad olunması ilə ölkəmizdə yaranan yeni inkişaf mərhələsi barədə fikirlər səsləndirilib.

Tədbir çərçivəsində Sumqayıt şəhər 2 nömrəli Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, rəssam Günel Aslanova və digər rəsmi qonaqların çıxışları baş tutub. Çıxışlarda gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, milli mədəniyyətin inkişafında gənc nəslin rolu və sənətin vətənpərvərlik ruhunun formalaşmasındakı əhəmiyyəti vurğulanıb.

Tədbir proqramı musiqili-bədii hissə ilə davam edib. Bu hissədə Azərbaycan musiqi və rəqs sənətinin müxtəlif nümunələri təqdim olunub. İfaçılar tərəfindən Qarabağ mövzusuna və Novruz bayramına həsr olunmuş musiqi nömrələri səsləndirilib, xalq rəqsləri və muğam ifaları nümayiş etdirilib.

Tədbirin sonunda sərgidə iştirak edən gənc rəssamlara sertifikatlar təqdim olunub və onların yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib.

“Novruzun odu və Qarabağın dirçəlişi” qrup sərgisi milli-mənəvi dəyərlərin təbliğinə, gənclərin yaradıcılıq fəaliyyətinin təşviqinə və Qarabağın dirçəlişinin sənət vasitəsilə ictimaiyyətə çatdırılmasına töhfə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Mart 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri