Icma.az
close
up
RU
“Qarabağ”ın ən güclü dönəmi ÇL in qrup mərhələsində oynadığı vaxt idi Müsahibə

“Qarabağ”ın ən güclü dönəmi ÇL in qrup mərhələsində oynadığı vaxt idi Müsahibə

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ”ın sabiq müdafiəçilərindən olan Şimali Makedoniya yığmasının keçmiş üzvü Vladimir Dimitrovski apasport.az saytına müsahibə verib.

- “Qarabağ” avrokubokda son oyununda “Olimpiakos”a 0:3 hesabı ilə məğlub oldu. Qarabağ”ın məğlubiyyətini necə şərh edərdiniz?
- Hər şeydən əvvəl onu deyim ki, “Olimpiakos” çox güclü rəqibdir. Xüsusən də, evdə oynayırlarsa, onlar çox güclüdür. Oyuna ilk dəqiqədən sonra qədər baxdım. İlk hissə 0:0 hesablı nəticə baxımından "Qarabağ" üçün yaxşı keçdi. Hər halda, daha yaxşı ola bilərdi. Amma olmadı. Sonda da uduzdular.

- Sizcə, komanda niyə fasilədən sonra ilk hissədə göstərdiyi futbolu davam etdirə bilmədi?
- Kənardan gördüyümü deyə bilərəm. Çünki komandanın içində deyiləm. Görünən odur ki, “Qarabağ”ın futbolçuları yorğun idilər. Bəlkə də psixoloji məqamla bağlı idi. Çünki Avropa Liqasının son oyunu idi, nəticə “Qarabağ” üçün heç nəyi dəyişmirdi.

- Ötən mövsüm "Bayer"i az qala keçəcək olan komanda bu mövsüm Avropa Liqasının yeni formatında uğursuz çıxış edərək sonuncu yeri tutdu. Sizcə, bunun səbəbi nədir?
- Bəli, keçən il “Qarabağ” çox yaxşı idi. Demək istəyirəm ki, onlar çox yaxşı oyun nümayiş etdirdilər və bu il Avropa Liqasında o qədər də yaxşı deyildilər. Düzünü desəm, bu mövsüm “Qarabağ”dan daha çox şey gözləyirdim. Amma futbol belədir. Komandaların forması ildən-ilə dəyişə bilər, fərqli ola bilər. “Qarabağ”a uğurlar arzu edirəm. Ümidvaram ki, hər şey onlar üçün yeni sezondan yenə də yaxşı alınacaq.

- "Qarabağ"ın heyətini yeniləməyə ehtiyacı var? Yeni transferlər lazımdır?
- Bu mövsüm Avropada uğursuz nəticələrdən sonra aydın oldu ki, “Qarabağ” nəyisə dəyişməlidir. Amma əminəm ki, Qurban Qurbanov komanda üçün ən yaxşısını edəcək. Çünki o, öz işini çox yaxşı bilir.

- “Qarabağ”ın standart vəziyyətlərdə aciz və çox zəif görünməsinin səbəbi nədir? FKSB və “Olimpiakos”la görüşlər daxil olmaqla komanda kornerdən 5 qol buraxıb... 
- Standart vəziyyətlər zamanı futbolçular daha məsuliyyətli olmalıdır. “Olimpiakos”la görüşdə də bu cür olmalı idi. Çünki dediyiniz kimi, komanda son iki oyunda elə 5 qolu kornerdən buraxıb. Yəqin ki, bunun üzərində çalışırlar və çalışacaqlar da.

- “Qarabağ”da oynadığınız vaxtları necə xatırlayırsınız? “Qarabağ” o vaxtdan bu yana daha da güclənib?
- Təbii ki, “Qarabağ”dakı vaxtlarımı, bu komandaya keçidimi, oradakı xatirələrimi daim xatırlayıram. Düşünürəm ki, bir çox nüansda "Qarabağ" daha da güclənib. İllər ərzində komandalar dəyişir. Məncə, “Qarabağ”ın ən güclü dönəmi isə Çempionlar Liqasının qrup mərhələsində oynadığı vaxt idi.

"Sumqayıt"da 2 ayrılıq birdən Birinci Liqa: "Qaradağ Lökbatan" və "Zaqatala"dan qələbə - YENİLƏNİB Qurban Qurbanov gedir? - “Qarabağ”da son vəziyyət Bilal İsmayılov mükafatlandırılıb "Neftçi" üçün həyəcan təbili - 1-ci Liqaya düşə bilər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://apasport.az
archiveBu xəbər 31 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri