Icma.az
close
up
RU
“Qarabağ”ın ÇL perspektivləri

“Qarabağ”ın ÇL perspektivləri

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin “Çelsi”, “Liverpul”, İtaliyanın “Napoli”, Almaniyanın “Ayntraxt” (Frankfurt), Niderlandın “Ayaks”, İspaniyanın “Atletik”, Portuqaliyanın “Benfika” və Danimarkanın “Kopenhagen” komandaları ilə qarşılaşacaq.

Klublararası Dünya Çempionatının qalibi “Çelsi” və Premyer Liqanın son qızıl medalçısı “Liverpul”la oyunlarda Azərbaycan təmsilçisinin şansları minimumdur. İngilislərin oynadığı futbol, komandaların fiziki durumu və heyətlərinin keyfiyyəti təmsilçimizdən qat-qat üstündür. Hər iki kollektivin “transfermarkt”da dəyəri milyarddan çoxdur. “Qarabağ”da isə 20 milyondan…

Azərbaycan çempionunun əsas xal ala biləcəyi kollektivlər Danimarkanın “Kopenhagen”, Niderlandın “Ayaks” komandalarıdır. Xüsusilə “Ayaks” əvvəlki gücündə deyil və onları Bakıda büdrətmək, Niderlandda isə heç-heçə etmək olar. Danimarkalıların da “Qarabağ”dan daha səviyyəli olduğunu demək olmaz. Klublar başabaş mübarizə aparmaq gücündədir.

Digər rəqiblər “Benfika”, “Napoli” və “Ayntraxt” isə güclü kollektivlər sırasındadır. “Napoli” son İtaliya çempionudursa, “Benfika” yerli liqanı ikinci, “Ayntraxt” isə Bundesliqanı 3-cü bitirib.

İtaliya təmsilçisindən Bakıda xal qoparmaq mümkündür. Ötən mövsüm Liqa mərhələsində qeydə alınan sürpriz nəticələr kifayət qədər çox idi. Bəzi hallarda TOP-5 ölkələrinin klubları çempionatda ağır oyunlarının olması səbəbindən oyuna yanaşmada çətinlik yaşayır. Futbolçuların rahatlığı sonrasında komanda üçün baha başa gəlir. “Napoli”nin Liqa mərhələsindəki rəqibləri dişinə görədir. Yalnız “Çelsi” və “Mançester Siti” ilə matçda daha ağır görünür. “Ayntraxt”, “Benfika”, “Sportinq”, PSV, “Qarabağ” və “Kopenhagen” isə neapolluların üç xal gözü ilə baxdığı kollektivlərdir. “Napoli” “Qarabağ”a qədər pley-off vəsiqəsini təmin etsə belə, onlardan xal qoparmaq mümkün görünmür.

Almaniyanın “Ayntraxt” klubunun rəqibləri isə daha çətindir. “Qarabağ”dan başqa, “Liverpul”, “Barselona”, “Atalanta”, “Atletiko”, “Tottenhem”, “Napoli” və “Qalatasaray”la qarşılaşacaq Frankfurt klubu Azərbaycan təmsilçisi oyuna qədər şanslarını bitirsə, onlardan üç xal qoparmaq mümkün ola bilər.

Hər bir halda, Liqa mərhələsinin oyunları “Qarabağ”ın həm gücünü yoxlamaq, həm də böyük təcrübə qazanması üçün faydalı olacaq.

Liqa mərhələsinin oyunları sentyabrın 16-da başlayacaq. Təqvim hələ açıqlanmayıb.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Avqust 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see210

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see159

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see144

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see129

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see124

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri