“Qarabağ”ın futbolçuları məşqə qatılmadı, klub səbəbini açıqladı
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, “Qarabağ” dünən 2025/26 mövsümünün ikinci yarısı üçün hazırlığa başlayıb. “Azərsun Arena”da bir araya gələn komanda 2026-cı ildə ilk məşqini keçirib.
Maraqlıdı ki, klubun sosial şəbəkə hesablarında paylaşılan məşqdən çəkilən şəkillərdə bəzi futbolçuları görmədik. Bunlar legionerlərdən Kevin Medina, Abdulla Zubir, Kadi Borges, Emmanuel Addai, Kamlio Duran və Pedro Bikalyo, yerlilərdən isə Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov və Toral Bayramovdu.
Həmin oyunçuların məşqdə iştirak edib-etmədiyini öyrənmək məqsədilə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında Şahruddin Məhəmmədəliyevin müalicəsinin davam etdiyini, Kadi Borgesin fərdi şəkildə çalışdığını, qalan bütün futbolçuların bazaya gəldiyini və məşqlərdə iştirak etdiyini bildirdi.
Bildirək ki, Şahruddin dekabrın 18-də sol bud oynağından uğurlu əməliiyat keçirib. Kadi isə “Qarabağ”ın “Çelsi”yə qarşı matçının (2:2) 31-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.
Xatırladaq ki, “köhlən atlar”ın hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Antalya şəhərinin Bələk bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. “Qarabağ” Türkiyədəki toplanış çərçivəsində yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17.00-da (Bakı vaxtı ilə 18.00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebiye” klubu ilə saat 18.00-da (Bakı vaxtı ilə 19.00-da) yoxlama görüşü keçirəcək. Ağdam təmsilçisi yeni ildə ilk rəsmi oyunda Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 05 Yanvar 2026 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















