Icma.az
close
up
RU
Mahmud Qurbanov “Qarabağ”ın uğursuzluğunun səbəbini açıqladı MÜSAHİBƏ

Mahmud Qurbanov “Qarabağ”ın uğursuzluğunun səbəbini açıqladı MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” uzun illərdir ölkəmizi Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında uğurla təmsil edir”.

Bunu Azərbaycanın U-18 futbol millisinin baş məşqçisi Mahmud Qurbanov teleqraf.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Mahmud bəy, bu mövsüm Azərbaycan klublarının avrokuboklardakı çıxışını ümumi olaraq necə qiymətləndirirsiniz?

- Əslində, müsbət qiymətləndirmək olar. Çünki dörd klubumuzdan biri ən güclülərin yer aldığı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Digər təmsilçimiz “Qarabağ” isə Konfrans Liqasının pley-of mərhələsinədək irəlilədi.

Düzdür, iki klubumuz mübarizəni vaxtından əvvəl dayandırdı, lakin dörd komandadan birinin Çempionlar Liqasında elita sırasına düşməsi özlüyündə uğurlu nəticədir.

- “Qarabağ”ın bu mövsüm avrokuboklardan kənarda qalmasını gözlənilməz nəticə hesab edirsiniz? Sizcə, əsas səbəb nə oldu?

- Əlbəttə, gözlənilməz oldu. Aparıcı futbolçuların komandanı tərk etməsi və yeni gələn oyunçuların heyətə tam uyğunlaşa bilməməsi “Qarabağ”ın bu dəfə avrokuboklardan kənarda qalmasına gətirib çıxardı.

- Qurban Qurbanovun komandası uzun illər Azərbaycan futbolunun Avropadakı əsas təmsilçisi olub. Sizcə, “Qarabağ”da artıq yeni futbolçu nəslinin formalaşdırılmasına ehtiyac var?

- Görünən odur ki, “Qarabağ” yeni oyunçularla yeni komanda formalaşdırır. Əlbəttə, bu proses vaxt tələb edir və qısa müddətdə həll olunası məsələ deyil. Uzun illər “Qarabağ”da çıxış etmiş bəzi əsas futbolçuların mövsümöncəsi komandadan ayrılması və yeni oyunçuların gəlişi göstərir ki, klub həqiqətən də yeni heyət qurur.

- “Qarabağ”ın avrokuboklardan kənarda qalması göstərdımı ki, Azərbaycan futbolu bir klubdan həddindən artıq asılıdır?

- “Qarabağ” uzun illərdir ölkəmizi Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında uğurla təmsil edir. Lakin bu il komandanın avrokuboklarda olmaması Azərbaycan futbolunun yalnız bir klubdan asılı olmadığını göstərir. “Sabah”ın Çempionlar Liqasında növbəti mərhələyə adlaması sübut edir ki, “Qarabağ”la yanaşı, bu komanda da avrokuboklarda sözünü deməyə qadirdir.

Əvvəllər “Neftçi” və “Qəbələ”nin də avrokubokların qrup mərhələsinə yüksəldiyini görmüşük. Ümumiyyətlə, komandalarımız zaman-zaman bu turnirlərin qrup mərhələsində təmsil olunublar.

- “Sabah”ın Çempionlar Liqasında “Barselona”, “Arsenal” və “Mançester Yunayted” kimi nəhənglərlə qarşılaşmasını necə qiymətləndirirsiniz? Bu oyunlar Azərbaycan futboluna nə verə bilər?

- Bunun böyük faydasını görəcəyik. “Barselona”, “Arsenal”, “Mançester Yunayted”, “Borussiya”, “Napoli”, “Vilyarreal” öz ölkələrinin top klublarıdır. Onlara qarşı oynamaq “Sabah” futbolçuları üçün gözəl təcrübədir. Bu komandalarla oyunlarda “Sabah”dan mütləq qələbə gözləmək real deyil. Amma hər halda “Barselona” kimi komandanın Bakıya gəlməsi Azərbaycan futbolu üçün gözəl reklamdır.

Bildiyiniz kimi, kimlə oynadığından asılı olmayaraq, “Barselona”nın oyunlarına bütün dünya baxır. Həm də azarkeşlər üçün əlamətdar bir görüş olacaq. Dünyanın ən yaxşı komandası Bakıya gələcək və şansımız olacaq ki, “Barselona”nın oyununa canlı baxaq. Onların heyətində bir çox dünya çempionları, gənc və ulduz futbolçular var. Onlara qarşı oynamaq hər futbolçuya nəsib olmur.

İndiyə qədər heç bir klubumuz “Barselona” ilə qarşılaşmayıb, bu da “Sabah”ın qismətinə düşdü. Bu, futbolçular üçün böyük təcrübə olacaq.

- “Sabah”ın bu səviyyədə rəqiblərlə mübarizə aparması digər Azərbaycan klublarına da əlavə motivasiya yarada bilərmi?

- Əlbəttə, yaradacaq. Bayaq adlarını sadaladığımız klublara qarşı oynamaq təkcə böyük təcrübə baxımından deyil, ümumiyyətlə, mahiyyət etibarilə çox böyük əhəmiyyət kəsb edir. Çünki onlar aparıcı çempionatların top klubları, dünyanın ən güclüləridir. Şübhəsiz ki, hər bir klub və hər bir futbolçu belə rəqiblərə qarşı meydanda mübarizə aparmaq istəyər.

- “Sabah”ın Çempionlar Liqasındakı oyunlarından birində nəticəni siz seçməli olsanız, hansı qarşılaşmada sürpriz gözləyərdiniz?

- Bu barədə nəsə demək çox tezdir. Çempionlar Liqasında zəif komanda olmur. Orada çıxış edən klubların hamısı ən güclülərdir. Ona görə də konkret hansısa klubun adını çəkməkdə çətinlik çəkərəm. Ola bilsin, “Sabah” hansısa oyunda xal qazansın, bu şans var. Amma bunun hansı matçda olacağını indidən demək çətindir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Sentyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri