Icma.az
close
up
RU
“Qarabağ”ın futbolçusu: “Azərbaycan Avropadakı bir çox ölkədən daha yaxşıdır

“Qarabağ”ın futbolçusu: “Azərbaycan Avropadakı bir çox ölkədən daha yaxşıdır

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Azərbaycan Avropadakı bir çox ölkədən daha yaxşıdır.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Julio Romao “Globo” nəşrinə müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi “Qarabağ”dakı çıxışından və komandanın UEFA Avropa Liqasındakı nəticələrindən danışıb:

“Bayer 04”ə qarşı iki möhtəşəm oyun keçirdik və düşünürəm ki, bundan sonra insanlar “Qarabağ”a fərqli baxmağa başladılar. Gənc olanda topla daha çox oynayırdım, müdafiəyəmeyilli yarımmüdafiəçi deyildim. Amma Portuqaliyada daha geridə oynamağa uyğunlaşdım və bu, “Qarabağ”dakı çıxışım zamanı mənə çox kömək etdi”.

O, Azərbaycan çempionatını, həmçinin UEFA Avropa Liqasını təhlil edib:

“Gələndə dedilər ki, oyunlar çox ağır keçir. “Qarabağ” uzun illərdir çempiondur. Məşqçi xeyli müddətdir komandadadır, klubun fəlsəfəsi dəyişmir. Az oyunçu gedir və bu da komandanın performansını qoruyub saxlamasına səbəb olur. Amma Azərbaycan çempionatı çətindir. Çünki rəqiblər bizə qarşı fərqli hazırlaşırlar. Çox mürəkkəb oyunlar var, rəqiblər artıq bizi tanıyırlar. Avropa Liqasında isə komandalar ya eyni, ya da bir az yüksək səviyyədədir”.

Futbolçu Azərbaycanla bağlı təəssüratlarını bölüşüb:

“Portuqaliya çempionatına uyğunlaşmaq asan idi, eyni dildə danışırdıq. Azərbaycanda insanlar, mədəniyyət, iqlim - hər şey tam fərqlidir. Ən çox diqqətimi çəkən insanların mənə münasibəti oldu, çox yaxşı qarşıladılar. Gəlməmişdən əvvəl tərəddüd edirdim, amma şəhəri görəndə heyran oldum. Görməli çox yer var, ailəmi də gətirmişəm və hamı buranı bəyənir. Azərbaycan Avropadakı bir çox ölkədən daha yaxşıdır. Təhlükəsizlik yüksək səviyyədədir, burada həqiqətən şikayət edəcəyim heç bir şey yoxdur”.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri