“Qarabağ”ın futbolçusunu alan kluba transfer qadağası qoyuldu
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
FİFA Braziliyanın “Botafoqo” klubuna “Atlanta Yunayted”dən transfer etdiyi Tyaqo Almada ilə bağlı borca görə transfer qadağası tətbiq edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Yanvarın 1-dən etibarən FİFA-nın braziliyalı klub üçün yeni futbolçuların qeydiyyatını qadağan edən qərarı qüvvəyə minib. Qadağa üç transfer pəncərəsinədək davam edə bilər. Sanksiyalar MLS təmsilçisi “Atlanta Yunayted”ə argentinalı yarımmüdafiəçi Tyaqo Almadanın transferinə görə maliyyə öhdəliklərinin yerinə yetirilməməsi səbəbilə tətbiq olunub. Transfer qadağasının vaxtından əvvəl ləğvi üçün yeganə şərt 22,5 milyon dollar məbləğində borcun tam ödənilməsidir. Sözügedən borcun ödəniş müddəti 26 dekabrda başa çatıb.
Hüquqi mübahisə təxminən bir il davam edib. Hələ fevral ayında FİFA tribunalı “Botafoqo”nun 21 milyon dollar əsas borc və gecikdirilmiş ödənişlərə görə 1,5 milyon dollar faiz ödəməli olduğu barədə qərar çıxarmışdı. Braziliya klubu bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya vermiş, dinləmələr oktyabr ayında keçirilmişdi. Lakin dekabrda klub CAS-dan yekun qərarı alıb və məhkəmə FİFA-nın mövqeyini dəstəkləyərək Amerika klubuna ödənişin zəruriliyini təsdiqləyib.
Transferin əsas məbləğindən əlavə, “Atlanta Yunayted”in maliyyə tələbləri arta bilər. Mənbələrin məlumatına görə, “yalnız ulduz” ləqəbli “Botafoqo” bu ilin yayında Almadının Madrid “Atletiko”suna satışı ilə bağlı nəticə bonusları və növbəti transferdən pay olaraq daha 9 milyon dollar da ödəməlidir.
Aut.az xəbər verir ki, son mövsümdə “Botafoqo” Braziliya A Seriyasında 63 xalla 6-cı yeri tutub və çempionatın qalibi “Flamenqo”dan 16 xal geri qalıb. “Ağ-qaralar” “Qarabağ”ın futbolçusu Pedro Bikalyonu transfer etmək istəyir.(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 02 Yanvar 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















