“Qarabağ”ın rəqibi borc içindədir Transfer qadağası qoyuldu
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsindəki rəqibi, Fransanın “Lion” klubu maliyyə sıxıntılarına görə problemlər yaşayır.
“Qafqazinfo” “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi mövsümün sonuna qədər borclarını ödəməsə elitanı tərk edəcək.
Məlumata görə, mövsümün nəticələrindən asılı olmayaraq klub 2-ci Liqaya düşəcək. Fransa təmsilçisinin borcları 458 milyon avrodan 508 milyon avroya yüksəlib.
Həmçinin maliyyə problemləri səbəbindən Fransa təmsilçisinə qarşı transfer qadağası da tətbiq olunub.
Hazırda klub Liqa cədvəlində 11 matçdan sonra 18 xalla 5-ci yerdədir.
Qeyd edək ki, “Lion” UEFA Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”la üz-üzə gələcək. Qarşılaşma noyabrın 28-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Noyabr 2024 04:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















