Icma.az
close
up
RU
Qarabağın güclü sənaye potensialı...

Qarabağın güclü sənaye potensialı...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Burada yaradılan iqtisadi zonalara investisiya qoyuluşu artır

Güclü iqtisadi potensiala, geniş maliyyə imkanlarına malik olan Azərbaycanın yeni strateji mərhələ üçün müəyyənləşdirdiyi beş milli prioritetdən biri İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdışı” təmin etməkdir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul olunub və hazırda onun icrası yüksək səviyyədə təmin edilir.

Dövət Proqramının reallaşdırılması çərçivəsində yaşayış məntəqələrinin bərpası və soydaşlarımızın layiqli şəkildə məskunlaşdırılması ilə paralel şəkildə, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə edilməsi də diqqət mərkəzində saxlanılır. Bu baxımdan bəhs olunan ərazilərdə istehsal müəssisələrinin, sənaye zonalarının yaradılması müstəsna önəm daşıyır. Hazırda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarına investorların cəlb edilməsi, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.

Ağdam Sənaye Parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib

Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən  sənaye parklarıdır. Bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi də fəaliyyət göstərir.

Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.

Haqqında bəhs olunan Ağdam Sənaye Parkının perspektivləri kifayət qədər böyükdür. Brifinqdə Seymur Adıgözəlov vurğulayıb ki, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. “Sənaye parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilir. İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən sənaye parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən parkda görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib”, - deyə İZİA rəsmisi bildirib.

Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Bölgənin coğrafi mövqeyi, insan resursları və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində Ağdam Sənaye Parkında bir sıra müəssisələrin açılış və yaxud təməlqoyma mərasimlərində şəxsən iştirak edib.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 130 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan irimiqyaslı layihələrdən biridir. Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini 4 oktyabr 2021-ci il tarixində qoyub. Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 16 rezidenti və 2 qeyri-rezidenti olduğunu deyən qurum rəhbəri əlavə edib ki, 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkına, ümumilikdə, 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur: “Bu günədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında 15-dən çox müəssisənin tikintisi istiqamətində işlər aparılır. Cari ildə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında tütün məmulatlarının, dekorativ daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması, plastik taraların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı müəssisələrinin təməlqoyması planlaşdırılır”, - deyə qurum rəsmisi bildirib.

Agentlik sədri diqqətə çatdırıb ki, ümumilikdə ölkəmizdə mövcud sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes məkanıdır. Bu xüsusda fikirlərini ifadə edən İZİA sədri deyib: “Bir maraqlı məqamı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bir sıra xammal və materialların idxalının gömrük rüsumları və ƏDV-dən tam azadolması, xüsusi güzəştli bank kreditləri və s. aiddir”.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Fevral 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see381

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see349

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see290

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see283

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see275

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see255

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see253

Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05 Avqust 2026 07:01see237

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see219

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see201

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see201

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see195

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see192

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see187

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

05 Avqust 2026 06:40see183

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see175

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see168

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see167

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see167

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri