”Qarabağ”ın marketinqi də ona əmanət Anar Hacıyevın səlahiyyətləri artırılıb
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin klubda səlahiyyətləri bir qədər də artırılıb.
Sportal.az Sportliqa.az-a istinadən xəbər verir ki, Hacıyev Ağdam təmsilçisinin sözçüsü olmaqla yanaşı, bundan sonra klubun marketinq departamentinə də rəhbərlik edəcək.
İndiyədək sözügedən vəzifəni Yusif Cəfərov icra edirdi. Bundan sonra isə ağdamlıların marketinq işlərinə məsul şəxs Anar bəy olacaq. Bu vəzifə ona yad deyil. Çünki A.Hacıyev bundan əvvəl çalışdığı "Qəbələ" klubunda da media və marketinq xidmətinin rəhbəri olub.
Qeyd edək ki, marketinq sahəsində bacarıqlı kadr hesab edilən Hacıyev bir neçə ay əvvəl nüfuzlu Yohan Kroyf Universitetindən bu ixtisas üzrə məzun da olub. O, eyni zamanda, UEFA Akademiyasının təşkil etdiyi Strateji Kommunikasiyalar üzrə Kompakt Kursunda iştirak edib və Avropanın nüfuzlu futbol qurumu tərəfindən diplomla təltif olunub. Hacıyev həm də Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupunun (Fans Working Group) üzvüdür.
Anar Hacıyev "Qarabağ"ın sponsorluq əlaqələrində də mühüm rol oynayır. Belə ki, bu yaxınlarda Beynəlxalq Bankın Ağdam klubuna sponsor olmasında onun böyük rolu olub.
saytlarin hazirlanmasi
Baxış sayı:36
Bu xəbər 12 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















