“Qarabağ”ın müdafiəçisi: “Liverpul”la oyun bizim üçün yaxşı dərs olacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 yanvar, AZƏRTAC
“Liverpul”la oyun bizim üçün yaxşı dərs olacaq. Ümid edirəm ki, bunun xeyrini gələcəkdə görəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
O, məğlubiyyət yaşadıqları üçün təəssüf hissi keçirdiklərini bildirib: “Ümumilikdə yaxşı mövsüm keçirdik. Pley-offa vəsiqə qazandıq. Yolumuza davam edirik”.
Futbolçu komandanın pley-offdakı potensial rəqiblərini də dəyərləndirib: “Nyukasl”ın bizə daha uyğun rəqib olduğunu düşünürəm. PSJ-nin gücü hamıya məlumdur. Hər bir halda işimiz çətin görünür”.
Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 29 Yanvar 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















