Liverpul la oyun bizim üçün dərs olacaq Bəhlul Mustafazadə
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Liverpul"la oyun "Qarabağ" üçün dərs olacaq.
Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
"Pley-off mərhələsinə yüksəldiyimiz üçün şadıq. "Liverpul"la oyuna görə təəssüf hissi keçiririk. Ümumilikdə bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik. "Liverpul"la matç bizə dərs olacaq", - deyə müdafiəçi vurğulayıb..
O, potensial rəqiblər haqqında da fikirlərini bölüşüb:
"Nyukasl" PSJ-dən bizə daha uyğun rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır. Mübarizə aparmağa çalışacağıq".
B.Mustafazadə Çin klubuna keçəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib:
"Hələ ki, rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 29 Yanvar 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















