Icma.az
close
up
RU
“Qarabağ”ın rəqibi bu gün bilinəcək KONKRET

“Qarabağ”ın rəqibi bu gün bilinəcək KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

KONKRET.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Liqa mərhələsini 22-ci pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alacaq.

Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan “Monako” və “Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. “Qarabağ”ın potensial rəqibləri turnirin son qalibi PSJ və “Nyukasl”dır. Yəni Qurban Qurbanovun komandası pley-off-da ya Fransa təmsilçisi ilə, ya da İngiltərə klubu ilə üz-üzə gələcək.

Pley-off-la bağlı püşkatmaya dair UEFA-nın qaydalarında deyilir: “16 klub ümumi mərhələnin yekun sıralamasına əsasən ikili qruplara bölünəcək və bununla da dörd “səpələnmiş” cüt (turnir cədvəlində 9–10-cu, 11–12-ci, 13–14-cü, 15–16-cı yerləri tutan klublar) və dörd “səpələnməmiş” cüt (17–18-ci, 19–20-ci, 21–22-ci, 23–24-cü yerlər) formalaşdırılacaq.

Yəni 9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla, 11/12 – 21/22 ilə, 13/14 – 19/20 ilə,15/16 – 17/18 ilə üz-üzə gələcək.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17-18 fevral və 24-25 fevralda oynanılacaq.

Qeyd edək ki, “Qarabağ” – PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran “Barselona” və ya 6-cı yerin sahibi “Çelsi” ilə qarşılaşacaq.

(qafqazinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Yanvar 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri