Icma.az
close
up
RU
“Qarabağ”ın sabiq islandiyalısı: “Azərbaycan evdə həmişə güclü oynayır”

“Qarabağ”ın sabiq islandiyalısı: “Azərbaycan evdə həmişə güclü oynayır”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində İslandiyanı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, vaxtilə “Qarabağ”da çıxış etmiş islandiyalı qapıçı Hanner Haldorsson AFFA-nın mətbuat xidmətinə oyunla bağlı müsahibə verib:

– Azərbaycan və İslandiya yığmaları arasında keçiriləcək qarşılaşmadan gözləntiləriniz nələrdir?
– Oyun çətin olacaq. Reykyavikdə İslandiya çox yaxşı çıxış etmişdi, amma Azərbaycan evdə həmişə güclü oynayır. Ukrayna ilə öz meydançasındakı matçda qeydə alınan nəticə bunu göstərir. Buna görə də bizi çox çətin qarşılaşma gözləyir.

– Ukrayna ilə qrupda ikinci yer uğrunda mübarizə baxımından bu görüş İslandiya üçün həlledici sayıla bilərmi?
– Bəli, tamamilə həlledici oyundur. İslandiya ümidlərini son tura qədər qorumaq üçün mütləq qalib gəlməlidir.

– Reykyavikdəki ilk oyundan sonra Azərbaycan millisinin baş məşqçisi dəyişib. Sizcə, bu dəfə əvvəlkindən fərqli ssenari görə bilərikmi?
– Bəli, şübhəsiz fərqli olacaq. Azərbaycan evdə daha güclüdür və yeni baş məşqçi adətən komandaya əlavə motivasiya gətirir. İslandiya bunun fərqində olmalı və oyunda bütün gücünü ortaya qoymalıdır.

– 2018/2019-cu illər mövsümündə Azərbaycanda “Qarabağ”ın formasını geyinmisiniz və həmin komandadan bir neçə futbolçu indi milli yığmamızın üzvüdür. Bu, qarşıdakı oyunu sizin üçün daha emosional edir?
– Bəli, bu, matçı mənim üçün daha maraqlı edir. Reykyavikdəki görüşü izləmişdim. Şahruddin Məhəmmədəliyev, Mahir Emreli və digər sabiq komanda yoldaşlarımı meydanda görmək xoş idi. Şahruddin bir neçə möhtəşəm qurtarış etdi. Əslində o, həmin oyunda əlindən gələni etmişdi. Mahir də karyerasında çox irəliləyib.

– Azərbaycanda futbolçu kimi keçirdiyiniz günləri necə xatırlayırsınız?
– Bakıda keçirdiyim günlərə böyük və xoş xatirə kimi baxıram. Bu, mənim həyatımda çox dəyərli bir təcrübə idi.
Ailəmlə birlikdə Azərbaycanı tanımaqdan məmnunam. Hələ də yaxın dostum Nurlan Hüseynovla əlaqə saxlayıram və
ona salamlarımı çatdırıram.

– Sonda, “Qarabağ”ın cari mövsümdə UEFA Çempionlar Liqasındakı çıxışı barədə fikirləriniz necədir?
– “Qarabağ”ın uğurlarına çox sevinirəm. Bu mövsüm əldə etdikləri nəticələr heyrətamizdir və bu da İslandiya
üçün qarşıdakı oyunun nə qədər çətin olacağını göstərir. “Qarabağ” böyük klubdur və onlara gələcəkdə uğurlar
arzulayıram.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Noyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri