Icma.az
close
up
RU
“Qarabağ”ın güclü tərəfləri çoxdur”

“Qarabağ”ın güclü tərəfləri çoxdur”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasının II təsnifat mərhələsində sabah keçiriləcək “Qaraba” – “Linkoln( Cəbəllütariq) oyunundan öncə qonaq komandanın baş məşqçisi Xavi Munyos jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Yenidən burada olmaq çox xoşdur. Keçən il də bura gəlmişdik. Bizi çox çətin oyun gözləyir. İlk matçda qeydə alınan nəticə də bunu göstərir. İstənilən halda, sabah meydana çıxıb vuruşacağıq. Ən azından özümüz haqda xoş təəssüratlar buraxmaq istəyirik. “Qarabağ” çox güclüdür. Əzmkar olacağıq, bunu görəcəksiz.

– “Qarabağ”ın hansı güclü tərəfini və bu komandadan hansı futbolçunu xüsusi qeyd edə bilərsiz?

– Xüsusi olaraq hansısa oyunçunu qeyd etməzdim. “Qarabağ” kollektiv olaraq güclüdür. Yerli çempionatda, həm də avrokuboklarda bu komanda uğurlu çıxış edir. Səbəbi də yaxşı kollektiv olmalarıdır. “Qarabağ”ın güclü tərəfləri çoxdur. Hamılıqla hücumda, müdafiədə iştirak edirlər. Keçən il də avrokuboklarda çox uğurlu mövsüm keçirdilər. Yalnız onları “Bayer” 97-ci dəqiqədə mübarizədən kənarlaşdıra bildi. “Qarabağ” ötən mövsümkü heyəti saxlaya bilib. Onlar çox güclü rəqibdir.

– Demək olar ki, ötən mövsüm “Linkoln” evdə “Qarabağ”a qarşı daha yaxşı mübarizə göstərə bilmişdi?

– “Qarabağ” böyük komandadır. Bizim kimi kiçik komanda üçün xırda detallar önəmlidir. İlk oyunda VAR lehimizə penalti verə bilərdi. Bəlkə də oyunun ssenarisi fərqli olacaqdı. Birinci hissənin son saniyəsində “Qarabağ” qol vurdu. Təbii ki, bu da öz təsirini göstərdi. Belə xırda detallar bizim kimi kiçik komandanın “Qarabağ” kimi rəqiblərlə oyunlarında çox rol oynayır.

– Ötən mövsümkü “Qarabağ” güclü idi, yoxsa indi?

– O qədər də dəyişiklik yoxdur. Qurban Qurbanov 15 ildir ki, komandada işləyir. Futbolçular bir-birini gözüyumlu başa düşür. Səhv etmirəmsə,heyətdə 1-2 dəyişiklik var, qalan oyunçular eynidir. “Qarabağ”ın oyunu belədir ki, cinah yarımmüdafiəçiləri cərimə meydançasına daxil olur, cinah müdafiəçiləri hücuma çox qoşulurlar. Variantları çoxdur. Yaxşı müdafiə olunmağa çalışırıq.

– Növbəti rəqibiniz “Ludoqorets” – “Dinamo”(Minsk) cütünün qalibi və ya məğlubu olacaq. Bu mənada, hər iki komandanı yəqin ki, analiz etmisiz. Sizcə, “Ludoqorets”, “Dinamo”(Minsk) “Qarabağ” və “Linkoln”dan hansı daha güclü görünür?

– Futbolun böyüklüyü ondadır ki, öncədən proqnoz vermək olmur. Futbolda böyük qəhrəmanlıqlar görmüşük. “Ludoqorets” “Dinamo”nu 2:0 hesabı ilə məğlub edib. Onlar müəyyən üstünlüyə sahibdir. Ona görə hansısa müqayisə aparmaq, kimin güclü və ya zəif olması haqda fikir bildirmək düzgün olmaz. Sadəcə futbol oynamaq lazımdır. Hakim final fitini səsləndirməyənə qədər bir şey demək olmaz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Avqust 2026 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri