“Qarabağın təbii ehtiyatları atlası”nın elektron variantı hazırlanıb
Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağın təbii ehtiyatları atlası”nın hazırlanması məqsədilə təbii ehtiyatların siyahılaşdırılması və atlasın elektron variantda hazırlanması işləri başa çatıb.
"Report"un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvələr Nazirliyinin şöbə müdiri Kənan Kərimli Ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən, atlas üzərində əlavə kartoqrafik işlər aparılıb və bu ilin sonunadək çap olunması nəzərdə tutulur:
"Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının təqdim etdiyi məlumatlara əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hər biri üzrə ayrı-ayrılıqda 10 adda tematik xəritə elektron variantda hazırlanaraq Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutuna təhvil verilib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















