Icma.az
close
up
RU
Qarabağın təşəbbüsü ilə yaradılan alyans dünya mediasının diqqətini çəkib

Qarabağın təşəbbüsü ilə yaradılan alyans dünya mediasının diqqətini çəkib

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması dünya mətbuatının da diqqət mərkəzində olub. Sport24.az xəbər verir ki, planetin məşhur nəşrləri COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi ilə 11 tanınmış klubun bir araya gəlməsinə xüsusi önəm veriblər.

"Qarabağ"la yanaşı, "Liverpul", "Tottenhem" (hər ikisi İngiltərə), "Atletiko Madrid", "Real Betis" (hər ikisi İspaniya), "Fənərbaxça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Udineze" (İtaliya), "Porto" (Portuqaliya), "Flamenqo" (Braziliya) və "Malmö"nün (İsveç) iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında bir araya gəlməsi böyük addım kimi qiymətləndirilib.

Məşhur "Forbes" jurnalı tanınmış futbol klublarının Bakıda bir araya gəlməsinə xüsusi diqqət ayırıb və önəm verib: "Azərbaycanın "Qarabağ" klubunun və ECA-nın birgə rəhbərlik etdiyi İqlim üzrə Futbol Klubları Alyansına ilk olaraq 11 klub qoşulub. Bu alyansın əsas məqsədi daha çox futbol klubunu təşəbbüsə qoşulmağa həvəsləndirməkdir. Əlavə öhdəliklərə isə klubun ətraf mühitə təsirini minimuma endirmək, azarkeşləri iqlimlə bağlı tədbirlər görməyə ruhlandırmaqdır. FİFA prezidenti Canni İnfantinonun da təbirdə iştirakı qurumun da iqlim dəyişiklikləri ilə mübarizəyə qoşulacağını göstərir".

İ

taliyanın məşhur RAİ agentliyi "Qarabağ"ın təşəbbüskarı olduğu alyansın gələcək naminə bir araya gəldiyini vurğulayıb: "Udineze"nin stadionunun işıqlandırılması üçün günəş elektrostansiyası bütün İtaliya üçün nümunədir. ECA-nın dayanıqlılıq inkişafı üzrə İşçi Qrupunun üzvü olan Udine klubu yeni alyansın təsis edilməsi sənədini imzalayanlar sırasındadır. Bu klublar iqlim dəyişiklikləri ilə birgə mübarizə üçün öz üzərinə öhdəliklər götürüblər. Bu alyans dayanıqlı gələcək üçün birgə fəaliyyətlər həyata keçirəcək".

İtaliyanın "sport.sky" nəşri Bakıda alyans yaradılmasını tarixi hadisə sayıb: "Futbol dünyasının və ECA-nın COP tədbirində tarixi iştirakı Bakıda gerçəkləşdi. Burada son illərdə sosial və ekoloji məsələlərdə həssaslıq nümayiş etdirən klublar iştirak etdi. Alyans yaradan 11 klub iqlim dəyişiklikləri ilə mübarizədə öhdəlikləri imzaladılar. Tarixdə ilk dəfə idman klubları iqlimlə bağlı mümkün böhranla mübarizədə səylərini birləşdirdi".

Alyans üzvlərindən olan "Fənərbaxça" da məsələ ilə bağlı məlumat yayıb: "İqlim dəyişikliyi infrastruktura, iqtisadi sabitliyə, sağlamlığa mənfi təsir edə bilər ki, futbol klubları da bununla mübarizə üçün Bakıda bir araya gəldilər. "Qarabağ"ın təşəbbüsü ilə alyans yaradan 11 klubu ictimaiyyəti bu mübarizəyə qoşulduqları barədə məlumatlandırdı və öz üzərinə öhdəliklər götürdülər. Alyansın yaradılması ilə bağlı tədbirdə yaşıl dünya naminə bütün klubların bu birliyə qoşulmasına çağırış edildi".

"Sustainabilitymag" nəşri aparıcı klubların iqlimin müdafiəsinə qalxdığını bəyan edib: "COP-29 çərçivəsində bir araya gələn dünyanın top klubları dayanıqlılıq üzrə liderlər kimi birlik nümayiş etdirdilər. "Qarabağ" və ECA-nın təşkilatçılığı ilə bir araya gələn klublar futbolun gücü sayəsində iqlim dəyişikliyi ilə mübarizə aparmaq öhdəlikləri barədə sənəd imzaladılar. İştirakçılar iqlimlə bağlı müzakirələrdə futbolun ön sıralarda olacağını göstərdilər".

"Corriere" qəzeti də alyansın yaradılmasını futbol adına böyük addım hesab edib: "Futbol da artıq Bakıda COP-29 meydanındadır. Bu, tarixdə ilk dəfədir. Dünyanın aparıcı klubları dayanıqlılıqdakı fəaliyyətlərini nümayiş etdirmək üçün bir araya gəldilər. "Qarabağ"ın təşəbbüsü ilə yeni dönəmə – klubların alyansda birləşərək iqlim dəyişikliyi ilə birgə mübarizəsinə start verildi. ECA isə quruma üzv olan 700 klub adından birləşməyə çağırış edib".

ECA-nın mətbuat xidməti də rəsmi saytında tədbirə xüsusi yer ayırıb: "Bakıda keçirilən COP-29 çərçivəsində çox əlamətdar tədbir keçirildi. "Qarabağ"la birgə təşkilatçılığımızla baş tutan mərasimdə ECA-nın ekoloji dayanıqlılğa sadiqliyini nümayiş etdirdi, tədbir iştirakçılarını iqlim dəyişikliyi ilə bağlı Mavi zonadakı müzakirələrdə ön sıralara çıxardı. Futbol klublarının alyansı kollektiv fəaliyyətlər üçün nümunə və ruhlandırıcı rolu oynadı. Bu, qlobal problemə çevrilən iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlardan biri oldu".

Bundan əlavə, Avropanın onlarla mətbuat orqanı "Qarabağ"ın təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratmasını işıqlandırıb. KİV nümayəndələri Bakıda təşkil olunan tədbirin yüksək səviyyədə təşkil edildiyini və gələcək naminə çox əhəmiyyətli addım olduğunu vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://sport24.az
archiveBu xəbər 21 Noyabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri