Icma.az
close
up
RU
“Qarabağ”ın təşəbbüsü ilə yaradılan alyans dünya mətbuatında

“Qarabağ”ın təşəbbüsü ilə yaradılan alyans dünya mətbuatında

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması dünya mətbuatının da diqqət mərkəzində olub.
Futbolpress.az xəbər verir ki, planetin məşhur nəşrləri COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi ilə 11 tanınmış klubun bir araya gəlməsinə xüsusi önəm veriblər.
“Qarabağ”la yanaşı, “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında bir araya gəlməsi böyük addım kimi qiymətləndirilib.

Məşhur “Forbes” jurnalı tanınmış futbol klublarının Bakıda bir araya gəlməsinə xüsusi diqqət ayırıb və önəm verib:

“Azərbaycanın “Qarabağ” klubunun və ECA-nın birgə rəhbərlik etdiyi İqlim üzrə Futbol Klubları Alyansına ilk olaraq 11 klub qoşulub. Bu alyansın əsas məqsədi daha çox futbol klubunu təşəbbüsə qoşulmağa həvəsləndirməkdir. Əlavə öhdəliklərə isə klubun ətraf mühitə təsirini minimuma endirmək, azarkeşləri iqlimlə bağlı tədbirlər görməyə ruhlandırmaqdır. FİFA prezidenti Canni İnfantinonun da təbirdə iştirakı qurumun da iqlim dəyişiklikləri ilə mübarizəyə qoşulacağını göstərir”.
İtaliyanın məşhur RAİ agentliyi “Qarabağ”ın təşəbbüskarı olduğu alyansın gələcək naminə bir araya gəldiyini vurğulayıb:

“Udineze”nin stadionunun işıqlandırılması üçün günəş elektrostansiyası bütün İtaliya üçün nümunədir. ECA-nın dayanıqlılıq inkişafı üzrə İşçi Qrupunun üzvü olan Udine klubu yeni alyansın təsis edilməsi sənədini imzalayanlar sırasındadır. Bu klublar iqlim dəyişiklikləri ilə birgə mübarizə üçün öz üzərinə öhdəliklər götürüblər. Bu alyans dayanıqlı gələcək üçün birgə fəaliyyətlər həyata keçirəcək”.
İtaliyanın “sport.sky” nəşri Bakıda alyans yaradılmasını tarixi hadisə sayıb:

“Futbol dünyasının və ECA-nın COP tədbirində tarixi iştirakı Bakıda gerçəkləşdi. Burada son illərdə sosial və ekoloji məsələlərdə həssaslıq nümayiş etdirən klublar iştirak etdi. Alyans yaradan 11 klub iqlim dəyişiklikləri ilə mübarizədə öhdəlikləri imzaladılar. Tarixdə ilk dəfə idman klubları iqlimlə bağlı mümkün böhranla mübarizədə səylərini birləşdirdi”.
Alyans üzvlərindən olan “Fənərbaxça” da alyansla bağlı məlumat yayıb:

“İqlim dəyişikliyi infrastruktura, iqtisadi sabitliyə, sağlamlığa mənfi təsir edə bilər ki, futbol klubları da bununla mübarizə üçün Bakıda bir araya gəldilər. “Qarabağ”ın təşəbbüsü ilə alyans yaradan 11 klubu ictimaiyyəti bu mübarizəyə qoşulduqları barədə məlumatlandırdı və öz üzərinə öhdəliklər götürdülər. Alyansın yaradılması ilə bağlı tədbirdə yaşıl dünya naminə bütün klubların bu birliyə qoşulmasına çağırış edildi”.
“Sustainabilitymag” nəşri aparıcı klubların iqlimin müdafiəsinə qalxdığını bəyan edib:

“COP-29 çərçivəsində bir araya gələn dünyanın top klubları dayanıqlılıq üzrə liderlər kimi birlik nümayiş etdirdilər. “Qarabağ” və ECA-nın təşkilatçılığı ilə bir araya gələn klublar futbolun gücü sayəsində iqlim dəyişikliyi ilə mübarizə aparmaq öhdəlikləri barədə sənəd imzaladılar. İştirakçılar iqlimlə bağlı müzakirələrdə futbolun ön sıralarda olacağını göstərdilər”.
“Corriere” qəzeti də alyansın yaradılmasını futbol adına böyük addım hesab edib:

“Futbol da artıq Bakıda COP-29 meydanındadır. Bu, tarixdə ilk dəfədir. Dünyanın aparıcı klubları dayanıqlılıqdakı fəaliyyətlərini nümayiş etdirmək üçün bir araya gəldilər. “Qarabağ”ın təşəbbüsü ilə yeni dönəmə – klubların alyansda birləşərək iqlim dəyişikliyi ilə birgə mübarizəsinə start verildi. ECA isə quruma üzv olan 700 klub adından birləşməyə çağırış edib”.
ECA-nın mətbuat xidməti də rəsmi saytında tədbirə xüsusi yer ayırıb:

“Bakıda keçirilən COP-29 çərçivəsində çox əlamətdar tədbir keçirildi. “Qarabağ”la birgə təşkilatçılığımızla baş tutan mərasimdə ECA-nın ekoloji dayanıqlılğa sadiqliyini nümayiş etdirdi, tədbir iştirakçılarını iqlim dəyişikliyi ilə bağlı Mavi zonadakı müzakirələrdə ön sıralara çıxardı. Futbol klublarının alyansı kollektiv fəaliyyətlər üçün nümunə və ruhlandırıcı rolu oynadı. Bu, qlobal problemə çevrilən iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlardan biri oldu”.
Bundan əlavə, Avropanın onlarla mətbuat orqanı “Qarabağ”ın təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratmasını işıqlandırıb. KİV nümayəndələri Bakıda təşkil olunan tədbirin yüksək səviyyədə təşkil edildiyini və gələcək naminə çox əhəmiyyətli addım olduğunu vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Noyabr 2024 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri