Icma.az
close
up
RU
“Qarabağ”ın uğurlu çıxışı Avropa mətbuatının gündəmində FOTO

“Qarabağ”ın uğurlu çıxışı Avropa mətbuatının gündəmində FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nüfuzlu ingilis idman nəşri “The Athletic” bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən “Qarabağ” barədə geniş məqalə dərc edib.
Bizim.Media xəbər verir ki, “Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan “Qarabağ” başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.
Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. “The Athletic” xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı “Enfild”də “Liverpul”a qarşı olacaq.
 

“Qarabağ” hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb.


Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. “Qarabağ”ın doğma stadionu olan “İmarət” arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə “Qarabağ” ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb” - materialda deyilir.
Məqalədə “Qarabağ”ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, “Benfika”, “Kopenhagen” “Ayntraxt”a qalib gəldiyi, “Çelsi” ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.
Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan “Qarabağ”ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.
Sonda bildirilib ki, hazırda “Qarabağ” Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.



Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri