Qarabağ ın Çempionlar Liqasındakı bu cür çıxışı məni qətiyyən təəccübləndirmir
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri Sportal.az saytına açıqlama verib.
Ağdam klubunun keçmiş yarımmüdafiəçisi Çempionlar Liqasındakı uğurlu nəticədən bəhs edib. Azərbaycan çempionunun iki turdan sonra maksimum xal toplaması şimali makedoniyalı üçün gözlənilməz olmayıb:
"Qarabağ"ın "Kopenhagen"lə görüşdə qalib gəlməsi məni çox sevindirdi. Onlar həm "Benfika", həm də "Kopenhagen"ə qarşı əla performans ortaya qoydular. Danimarka klubu ilə görüşdə də qələbə qazanmaqları əla idi. Çünki komanda buna layiq futbol oynadı. Çempionlar Liqasında qazandıqları nəticələr tam layiqlidir. "Qarabağ"ın bu cür çıxışı məni qətiyyən təəccübləndirmir. Əgər "Qarabağ" bu cür oynamağa davam edərsə, növbəti mərhələyə də adlaya bilər. Sadəcə sona qədər oynamaq lazımdır ki, bunu da "Qarabağ" ən yaxşı şəkildə edir”.
52 yaşlı məşqçi "Qarabağ"ın növbəti görüşlərdə də uğurlu nəticə qazanacağına inandığını deyib:
"Qarabağ"ın növbəti görüşü "Atletik"ə qarşıdır. Bilbaoda qələbə qazanmaq mümkündür, niyə də olmasın? "Qarabağ" göstərdiyi oyunla buna layiq olduğunu sübut edib. Ona görə də, Bilbaodakı qələbəyə də inanıram. Hətta onlar növbəti mərhələyə də vəsiqə qazansa, mənim üçün heç bir sürpriz olmayacaq. Çünki işlərini yaxşı görürlər. Onlara növbəti matçlarda da uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Oktyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















