“Qarabağ“ın zədəli futbolçularının son durumu AÇIQLANDI
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Qarabağ" futbol klubunun düşərgəsindəki zədəli oyunçuların son durumu bəlli olub.
Moderator.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komandanın əsas müdafiəçisi Bəhlul Mustafazadə artıq bərpa prosesinin növbəti mərhələsinə keçib. O, hazırda ümumi kollektivdən kənarda - yalnız fərdi proqram əsasında məşqlərini davam etdirir.
Komandanın gənc hücumçusu Musa Qurbanlının isə yaxın bir həftə ərzində fərdi hazırlıq prosesinə qoşulacağı proqnozlaşdırılır.
Xatırladaq ki, "Qarabağ" klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 17-də, Bakı vaxtı ilə gecə yarısı - saat 00:00-da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 13 İyul 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















