“Qarabağ”ın zədəli olan futbolçularının son vəziyyəti AÇIQLANDI
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi,“Qarabağ”ın bud-çanaq oynağından əməliyyat olunan qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicə-bərpa müddəti bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qolkiper 4-6 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.
Ötən gün Misli Premyer Liqasının birinci turundan təxirə salınan “Sabah”la matçda zədələnən yarımmüdafiəçi Joni Montiel isə arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7-10 gün ərzində gözlənilir.
Komandanın digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi “Qarabağ”ın tibbi heyətinin nəzarəti altında davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Dekabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















