Icma.az
close
up
RU
QARABAĞIN ZƏFƏR TARİXİ AZƏRBAYCAN XALQININ MİLLİ QÜRURUDUR Professorun YAZISI

QARABAĞIN ZƏFƏR TARİXİ AZƏRBAYCAN XALQININ MİLLİ QÜRURUDUR Professorun YAZISI

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Dünyada çoxlu sayda millətlər vardır və min illərdir dövlətçilik arzusu ilə yaşayırlar. Müstəqil dövlət kimi fəaliyyət göstərən dövlətlər isə zaman boyunca mürəkkəb sınaqlardan çıxmağa məcbur olublar. Hər bir xalqın talehinə elə məsələlər və problemlər qismət olub ki, 100 illərdir bunların öhdəsindən gəlmək mümkün olmamışdır. Xalqın iradəsi, birliyi və qəhrəmanlığı, dövlətçiliyə sədaqəti, hər qarış topaq üçün rəşadətli mübarizəsi, milli qururu taleyüklü problemlərin həllində sınaqdan çıxır.

Azərbaycan xalqı zaman-zaman yadellilərin təcavüzünə məruz qalmış, amma özünün milli iradəsini və mənsubluğunu qoruya bilmişdir. Böyük imperiyaların əhatəsində yerləşən Azərbaycan dövləti yüz illər ərzində məkrli planların qurbanı olmuş və torpaqlarının bir hissəsini itirməklə üzləşmişdir.

1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya ilə İran arasında bağlanan müqavilə ilə Azərbaycanın iki yerə bölünməsi proseslərinə başlanıldı. 1828-ci il fevralın 10-da İranla Rusiya arasında bağlanan Türkmənçay müqaviləsi ilə bu proseslər başa çatdırıldı. Bununla da Azərbaycan işğala məruz qaldı və şübhəsiz bütün bunlar Azərbaycanın sonrakı inkişafına, o cümlədən siyasi-iqtisadi, mədəni proseslərə öz damğasını, daha çox mənfi damğasını vurdu. İlk növbədə, Rusiya imperiyası Azərbaycanı özünün xammal bazasına çevirdi. Azərbaycan iqtisadiyyatı Çar Rusiyası tərəfindən tam mənada müstəmləkə prinsipləri ilə idarə olunurdu.

Rusiya imperiyasının çöküşündən sonra hakimiyyətə gələn Rusiya bolşevikləri Şərqin ilk demokratik ölkəsi olan Azərbaycan Demokratik Respublikasını beşikdə boğmaqdan çəkinmədilər və tezliklə təpədən dırnağa qədər silahlanmış işğalçı ordu Azərbaycana daxil oldu və müstəqilliyimiz əlimizdən zorla, silah gücünə alındı. Amma, xalqımızın müstəqillik mübarizəsi bununla bitmədi.

Qeyd edək ki, Azərbaycan Demorkratik Respublikasının süqutu nəticəsində milli inkişaf ənənələri, dilimiz, dəyərlərimiz təhdidlərə məruz qaldı və məcburi kollektivləşmə prosesləri aparıldı. Tarixən torpağa bağlılıq, torpağı əkib-becərmək, ondan səmərəli istifadə etmək ənənələrinə güclü zərbə vuruldu, torpaq kəndlilərin əlindən alındı, kəndli torpaq, örüş üzünə həsrət qaldı, muzdlu əməklə məşğul olmağa məcbur olundular. Milli sahibkarlıq və milli burjuaziyanın inkişafına ölümcül zərbə vuruldu, sahibkarlıq ölkədə qadağan olundu, milli burjuaziyanın əksər nümayəndələri müflüsləşdirilidi, bəziləri ölkədən qaçmaqla canlarını qurtardılar, bir çoxları isə bolşeviklər tərəfindən qəddarcasına öldürüldülər və ya həbsxanalara atıldılar. Qolçamaqlığa qarşı mübarizə adı altında Azərbaycanın nüfuzlu, vicdanlı, xeyirxah, nisbətən varlı insanları, bəy və xan nəslindən olan görkəmli nümayəndələri bir sinif kimi ləğv edildilər, bir çoxları öldürüldü və ya uzaq Sibirə sürgün olundular. Demokratik Respublikanın süqutu Azərbaycanın müstəqil bir dövlət kimi inkişaf etməsi və dünya dövlətləri arasında möhkəmlənməsi proseslərini yarımçıq qoydu və bir də bu proseslərin davam etdirilməsi 70 ildən sonra, yəni artıq bu dəfə SSRİ-nin süqutundan sonra - Azərbaycanın bir dövlət kimi müstəqilliyini yenidən bərpa edilməsi ilə mümkün oldu.

70 il ərzində zəngin milli sərvətlərimizdən istifadə etməklə Azərbaycan dünyanın uğurlu iqtisadi inkişaf modellərinə malik ölkələrindən biri ola bilərdi. 70 il ərzində Azərbaycan cəmiyyəti və milli iqtisadiyyatı milli iqtisadi maraqlar çərçivəsində inkişaf etməklə, milli iqtisadiyyatın inkişafını ən yüksək səviyyəyə qaldıra bilərdilər. 70 il ərzində bazar iqtisadiyyatı münasibətləri çərçivəsində inkişaf hesabına Azərbaycan cəmiyyəti öz gəlirlərini və yaşayış səviyyəsini əhəmiyyətli şəkildə yüksəltməyə nail olardı. 70 il ərzində Azərbaycan Respublikası və Azərbaycan cəmiyyəti sivil dünya iqtisadiyyatından və dünya cəmiyyətindən kənarda qalmaqla özünün tarixi inkişaf proseslərini bir o qədər də geriyə atmış oldu və s.

Böyük Vətən Müharibəsində (1941-1945) və ümumilikdə II Dünya Müharibəsində (1939-1945) SSRİ-nin neft və yanacaq məhsullarına güclü tələbatı var idi. Artıq tarixdə qalmış bu dövrdə Azərbaycanda istehsal olunan neft və neft məhsulları keçmiş SSRİ-də hasil olunan neftin 71,4 %- nə bərabər idi. Gecə-gündüz, çox vaxtı da mərmi yağışları altında Bakıdan – Xəzər Dənizi vasitəsi ilə mürəkkəb şəraitdə neft dolu çənlər cəbhəyə yola salınırdı. Müharibə dövründə keçmiş SSRİ-nin tələbatının ödənilməsinə 75 mln. ton neft və 22 mln. ton benzin, həmçinin digər neft məhsulları verilmişdir. Bakı nefti faşist Almaniyası üzərində qələbədə mühüm əhəmiyyət kəsb etmişdir və SSRİ Ali Baş Komandanlığı tərəindən döyüş cəbhələrində mobilizasiya edilmiş təyyarə, tank və avto maşınların 80 %-i Bakı neftindən istehsal olunan yanacaqlarla döyüşürdülər və işləyirdilər. Maraqlıdır ki, istehsal olunan yüksək oktanlı benzin və bir sıra sürtkü yağları da Azərbaycanın görkəmli alimləri tərəfindən ixtira edilmiş və istehsalata tətbiq olunmuşlar. Məsələn, akademik Yusif Məmmədəliyev keçmiş SSRİ-də ilk dəfə olaraq aviasiya benzini istehsalının yeni texnologiyasını hazırladı və tezliklə sınaqdan çıxarılaraq cəbhənin tələbatı üçün istehsalına başlanıldı. Alman aviasiyası ilə müqayisədə sovet aviasiyasının daha güclü üstünlüyə malik olmasında mühüm əhəmiyyət kəsb edən yüksək oktanlı benzinə olan tələbatın 100 %-i Bakı tərəfindən təmin olunurdu. Təsadüfi deyildir ki, Hitler Almaniyası Bakını tutmaq, neft mədənlərini ələ keçirmək üçün xüsusi planlar və əməliyyatlar hazırlamışdı. İlk fürsət düşən kimi, onlar gecə-gündüz Bakıya bombalar yağdırmağa hazır idilər. Bakı belə bir şəraitdə Azərbaycan ön cəbhəni yanacaq və benzinlə təmin etməkdə bir an olsun belə fasiləyə yol vermədi və faşist Almaniyası üzərində tarixi qələbənin əldə edilməsində əhəmiyyətli pay sahibi oldu.

Amma, bütün bunların müqabilində keçmiş SSRİ rəhbərliyi Azərbaycan xalqının üzərinə tanklar yeritdi və 1990-cı ildə qanlı yanvar faciəsini törətdilər. Bununla kifayətlənməyərək separatizmi dəstəklədilər. Nəticədə xarici havadarlarına güvənən ermənistan silahlı qüvvələri torpaqlarımızın 20 %-ni işğal etdilər və dövlət müstəqilliyimizi sarsıtdılar, Xocalı soyqırımını həyata keçidilər.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra dövlətçiliyimizin gücləndirilməsi üçün tarixi işlər görüldü. Dövlət strukturları gücləndirildi, iqtisadi islahatlara başlanıldı və ən başlıcası ordu quruculuğu prosesləri intensiv xarakter aldı. Azərbaycan xalqının haqq səsi bütün dünyaya çatdırıldı.

Ulu öndərin layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi altında müasir və güclü dövlət, ordu quruculuğu həyata keçirildi. Ölkənin iqtisadi qüdrəti artırıldı, artıq milli iqtisadiyyatın inkişafının makroiqtisadi problemləri həll olundu və milli iqtisadiyyatın strukturunun diversifikasiyalaşdırılması, onun dayanıqlı inkişafı və dinamik artım temp təmin edilmişdir.

Azərbaycanda ədalətli sosial-iqtisadi siyasət yürüdülməklə bərabər, milli iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafının strateji aspektləri və iqtisadi hədəfləri müəyyənləşdirilmişdir. Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin gücləndirilməsi, qlobal siyasi-iqtisadi çağırışlar və təhlükələr şəraitində, həmçinin antiböhran şəraitində onun immunitetinin artırılması, milli iqtisadiyyatın dayanıqlı inkişafının və sabit artım tempinin təmin edilməsi Azərbaycanı regionun güclü və lider dövlətinə çevirmişdir.

Bütün bu qeyd edilənlər tarixi sınaq nəticəsində - 44 günlük Vətən Müharibəsində öz təsdiqini tapmışdır. Əldə olunan tarixi qələbə Azərbaycan xalqının birliyini, müstəqil dövlətimizin gücünü, Ali Baş Komandan – Prezident İlham Əliyevlə xalqımızı birliyini, milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Dəmir yumruq uzun illər ərzində azğınlaşmış düşmənin başını əzdi, torpaqlarımız onların murdar ayaqlarından təmizləndi, müqəddəs torpaqlarımız rahat nəfəs aldı və tezliklə bu topaqlarda sülh və dirçəliş ab-havası bərqərar oldu.

Böyük Zəfərimizin 5 ili tamam olur və milli qürurla bir sıra tarixi nəticələri qeyd etməyə bilmərik. İlk növbədə 270 il ərzində xalqımızın itirilmiş torpaqları geri qaytarıldı. Tam mənada dövlət müstəqilliyimiz və süverenliyimiz təmin edildi. Qarabağ Zəfəri Azərbaycan xalqının qürurlu və qəhrəman xalq olduğunu göstərdi və Azərbaycan xalqının azadlıq, müstəqillik mücadiləsinin nə dərəcədə güclü olduğunu ifadə etdi.

Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı nəticəsində və dövlət başçımızın uzaqgörən siyasəti sayəsində ermənistan təslim oldu və sülhə məcbur edildi. Həm də bu sülh şərtləri Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqlarına, haqq və ədalət prinsiplərinə uyğun olaraq müəyyənləşdirilmişdir.

Hazırda postkonflikt ərazilərin sürətli şəkildə dirçəldilməsi prosesləri gedir. Şəhər və qəsəbələrimiz, kəndlərimiz müasir texnologiyalar əsasında qurulur. Nəqliyyat və istehsal sahələrinin yaradılması istiqamətində çox önəmli layihələr həyata keçirilir. Böyük Qayıdışın təmin edilməsi üzrə I Dövlət Proqramı reallaşdırılır. Qürurverici haldır ki, bütün bunlar Azərbaycan xalqının milli sərvətlərindən qazanılan maliyyə resursları hesabına baş verir.

Azərbaycan artıq regionun söz sahibidir və bütün layihələrin əsas hərəkətverici təşəbbüskarı və qüvvəsidir. Xüsusilə, Türk dövlətlərinin birliyinin gücləndirilməsində və Türk coğrafiyasının bərpa edilməsində tarixi proseslər reallaşdırılır. Prezident İlham Əliyevin dünya səviyyəsində nüfuzu xeyli artmışdır və nəhəng dövlətlərin rəhbərləri xalqımızın Liderinə rəğbət və hörmətlə yanaşırlar. Bütün bunlar Azərbaycanın müstəqil və suveren dövlət kimi dünyada nüfuzunun artmasını ifadə edir.

Şəhidlərimizin ruhu qarşısında baş əyməklə və qazilərimizə ulu tandıran sağlam həyat arzulamaqla bərabər, əminliklə deyə bilərik ki, Qarabağın Zəfər tarixi Azərbaycan xalqının milli qürurudur və bu Zəfər xalqımızın rifahının yüksəldilməsinə, milli birliyin və dövlətçiliyimizin gücləndirilməsinə, müstəqilliyimizin əbədi olmasına daim işıq saçacaqdır

ŞƏFA ƏLİYEV,

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri,

Professor, iqtisad elmləri doktoru.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Noyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see300

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see135

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see121

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri