Icma.az
close
up
RU
Pəncəlinin anası: Prezident Zəfər Bayramı münasibətilə bizi iki dəfə sevindirdi

Pəncəlinin anası: Prezident Zəfər Bayramı münasibətilə bizi iki dəfə sevindirdi

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astara, 7 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Ölkə başçısının Zəfər Gününün 5-ci ildönümündə imzaladığı Sərəncam Teymurovlar ailəsi ilə yanaşı, bütün xalqımızın böyük sevincinə səbəb olub. Belə ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Pəncəli Teymurova Milli Qəhrəman adı verilib.

AZƏRTAC xəbər verir ki, XTQ mənsubu “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 2013-cü ildə ailə həyatı quraraq öz toyunda özünə şəhidlik arzulayan Pəncəli hələ uşaqlıqdan Xocalıda həmvətənlərimizin başına gətirilən müsibətləri tez-tez xatırlayıb, hərbçi olacağına söz vermişdi. Elə də olur. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənə şərəflə xidmət etdi. XTQ mənsubu kimi o, xidməti dövründə yuxarı komandanlığın verdiyi hərbi tapşırıqları həmişə uğurla icra etmişdir. Pəncəli silahdaşları ilə birgə ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilmişdi. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 2016-cı il aprelin 3-də döyüşdə şəhid olub. Doqquz ildir oğluna Milli Qəhrəman adı veriləcəyi ümidi ilə yaşayan Pəncəlinin anası Vahimə ana deyir ki, sevincimizin həddi-hüdudu yoxdur: “Bu anı 9 ildir gözləyirdim. Zəfər Bayramı münasibətilə Prezidentimiz bizi iki dəfə sevindirdi. Allah ona cansağlığı versin. Allah ona kömək olsun. Bu bizim üçün böyük sevincdir, qürurdur. Allah onu xalqımızın başından əskik etməsin. Şəhidin ildönümündən gəlirdim. Yolda bu sevincli xəbəri eşitdim. Mən 9 ildə belə sevinc hissi keçirməmişdim. İndi də çox həyəcanlıyam. Bütün şəhidlərimizin ruhu şad olsun. Allah zabit və əsgərlərimizə kömək olsun. Bayrağımız həmişə yüksəklərdə dalğalansın”.

Pəncəlinin kiçik qardaşı, tarix müəllimi Famil Teymurov deyir ki, bu gün təhsil idarəsində Zəfər Günü ilə bağlı tədbirdə idim. Xəbər mənə çatanda göz yaşlarımı saxlaya bilmədim: “Doqquz ildir Prezidentin bu fərmanını gözləyirdik. Bu gün bizi sevindirdi. Qardaşıma ən ali ad olan Milli Qəhrəman adını verdi. Sevincimizin hüdudu yoxdur. Teymurovlar adından Prezidentə təşəkkürümü bildirirəm. Allah ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin”.

Düşmənin qara kabusuna çevrilmiş Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi kəşfiyyatçısı Pəncəli Teymurov böyük izdihamla 2016-ci il aprel ayının 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib. Nümunəvi xidməti ilə sağlığında bir çox medal və mükafatlara layiq görülən Pəncəli ölümündən sonra 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunur. Bu gün isə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu – ölümündən sonra Milli Qəhrəman adı ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri