Icma.az
close
up
RU
“Qarabağ”la “ArazNaxçıvan” izləyicilərindən uzaqlaşdı

“Qarabağ”la “ArazNaxçıvan” izləyicilərindən uzaqlaşdı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli premyer-liqasının 14-cü turu “Qarabağ”la “Araz-Naxçıvan”dan başqa bütün iddialı komandaların xal itirməsi ilə yadda qaldı.

Hətta “Sabah”ın Tovuzda qələbə qazana bilməməsi Krunoslav Renduliçə baha başa gəldi. “Bayquşlar”ın ardıcıl 7-ci oyunda qələbə həsrət qalması xorvatiyalı mütəxəssisin qovulmasıyla nəticələndi. Yeri gəlmişkən, bu, cari mövsümdəki 5-ci məşqçi istefası oldu. Cavid Hüseynovun baş məşqçi kimi debütünü də qeyd etməyə dəyər.
Tur Tovuzda keçirilən “Kəpəz” – “Araz-Naxçıvan” oyunu ilə start götürüldü. “Qırmızı-ağlar” inamlı qələbə sayəsində birgünlüyə olsa da, zirvəyə yüksəldi. Məğlubiyyətsiz oyunlar seriyasını 13-ə çatdıran Naxçıvan klubuna artıq daha ciddi yanaşmağa dəyər. “Kəpəz” isə sabit nəticə göstərmək baxımından hələ çox çalışmalıdı. Mümkün qələbə gəncəliləri turnir cədvəlində “Səbail”dən irəli atacaqdı. “Kəpəz” 2-ci hissədə oyunun axarını dəyişmək üçün çox çalışsa da, bunu bacarmadı. Kapitan Xvalkonun kobud səhvini görəndən sonra bu komandanın elitada yerini qoruyacağına inam daha da azalır.
Şahin Diniyev getdi, Cavid Hüseynov gəldi və “Səbail” yenə darmadağından qurtula bilmədi. Əslində rəqibin “Qarabağ” olması yeni baş məşqçi üçün heç də yaxşı əlamət deyildi. Meydana optimal heyətlə çıxan ağdamlılar “Lion”la oyunun baş məşqini edirdi. Hesabı nəzərə alsaq, hər şey çempion üçün yaxşı alındı, indi artıq Fransa təmsilçisi ilə oyunu həvəslə gözləməyə dəyər.
Samir Abasov baş məşqçi postunu tutandan sonra “Neftçi”nin oyunundakı hansısa keyfiyyət dəyişikliyindən danışmaq çətindi. Sadəcə, nəticələr bir qədər yaxşılaşıb, komandanın özünəinamı artıb. “Ağ-qaralar” bu mütəxəssislə 2-ci qələbəsini qazansa da, hələ də “avrokubok zonası”ndan çox uzaqdı. “Zirə” isə autsayderlərdən birinə məğlub olmaqla eniş dövrünü yaşadığını təsdiqlədi. Yeni mövsümə yaxşı başlayan Rəşad Sadıqovun komandası ardıcıl üç turdu xal itirir. “Neftçi” bu qələbə hesabına “Şamaxı” ilə aradakı xal fərqini “əritdi”.
“Turan Tovuz” – “Sabah” oyunu da maraq doğururdu. Ən azı ona görə ki, hər biri avrokuboklara vəsiqəyə iddialıdı, hər birini əcnəbi mütəxəssis çalışdırır. Bərabərlik onlardan birinin vəzifəsini itirməsiylə nəticələndi. “Sabah” rəhbərliyi Krunoslav Renduliçlə yolları ayırdı. “Bayquşlar”a nə oldusa, “Makkabi” ilə səfər oyunundan sonra oldu. Onlar bir daha həmin səviyyəyə qalxa bilmədi. Renduliçdən fərqli Kurban Berdıyevin etimad limiti hələ tükənməyib. “Turan Tovuz” rəhbərliyi ardıcıl xal itkilərinə dözür. Amma nə vaxta qədər?!
Turdan qazanclı çıxan klublardan biri də “Sumqayıt”dı. Vaqif Cavadov gələndən sonra 3-cü qələbəsini qazanan “kimyaçılar” 6-cı pillədə qərarlaşıb. Özü də bu qələbə şəhərin 75 illik yubiley tədbirlərinə təsadüf etdiyinə görə daha dəyərlidi. “Şamaxı” isə 7 turdu qələbə qazana bilmir. Artıq Ayxan Abbasovun komandasının gücü tükənib. “Şirlər” mövsümdəki ən zəif oyunlarından birini keçirdi. Cavadov sanki yaradıcılıq axtarışları aparır, yeni komanda formalaşdırmağa çalışır. Onun nə dərəcədə uğurlu olacağını komandalar qış fasiləsinə yollananda görəcəyik.
Misli premyer-liqası
2-ci dövrə, 14-cü tur

22 noyabr
Kəpəz - Araz-Naxçıvan 0:2
23 noyabr
Səbail – Qarabağ 0:3
Neftçi – Zirə 2:1
24 noyabr
Turan Tovuz – Sabah 1:1
Sumqayıt – Şamaxı 2:1
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri