Icma.az
close
up
RU
“Qarabağ” “ArazNaxçıvan”ı yenə cəzalandırdı

“Qarabağ” “ArazNaxçıvan”ı yenə cəzalandırdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Qarabağ (Ağdam) – Araz-Naxçıvan 2:0 (1:0)
1. Şahrudin Məhəmmədəliyev – 5,5
20. Riçard Almeyda (k) – 6,0
27. Toral Bayramov – 6,0
90. Nəriman Axundzadə - 6,0
(22. Musa Qurbanlı, 83) – qiymətsiz
29. Marko Veşoviç – 6,0
(30. Abbas Hüseynov, 83) – qiymətsiz
66. Patrik Andrade – 5,5
(15. Leandro Andrade, 72) – 6,0
7. Yassin Benzya – 6,5
18. Juninyo – 6,0
(21. Aleksey Kaşuk, 62) - 5,5
2. Mateus Silva – 5,5
6. Julio Romao – 6,0
11. Emmanuel Addai – 6,0
(10. Abdulla Zubir, 62) – 6,0
Ehtiyat oyunçular
97. Fabian Buntiç
99. Mateuş Koxalski
12. Sadiq Məmmədzadə
44. Elvin Cəfərquliyev
8. Marko Yankoviç
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Yassin Benzya
12. Kristian Avram – 5,5
5. Qara Qarayev – 5,5
(6. Vadim Abdullayev, 86) - qiymətsiz
34. Urfan Abbasov (k) – 6,0
3. Bəxtiyar Həsənalızadə - 5,5
26. Ömər Buludov – 5,5
(2. Slavik Alxasov, 78) – qiymətsiz
16. Ramon Maçado – 5,5
29. Vanderson Melo – 5,5
23. Nuno Rodriges – 5,5
(14. Miço Kuzmanoviç, 78) – 5,5
4. İqor Ribeyro – 5,5
97. Felipe Santos – 5,5
(7. Ülvi İsgəndərov, 86) – qiymətsiz
10. Bernardo Dias – 5,5
(21. Sezar Meza Kolli, 78) – qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
24. Mustafa Əhmədzadə
71. Sənan Ağalarov
17. İssuf Paro
8. Karlos Jatoba
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Urfan Abbasov.
Qollar: Y.Benzya, 41 (1:0, N.Axundzadə). A.Zubir, 71 (2:0, N.Axundzadə).
Vərəqə: N.Axundzadə, 35 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
22 dekabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 1100 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Bu oyunun diqqət mərkəzində olması təbii idi. Axı “Araz-Naxçıvan” qələbə təqdirində həm ilk dövrədəki acı məğlubiyyətin əvəzini çıxacaq, həm də “Qarabağ”la xal fərqini 2-yə endirməklə qışdan sonraya intriqa saxlayacaqdı.
İlk təhlükəli vəziyyəti 6-cı dəqiqədə meydan sahibləri yaratdı. Veşoviçdən topu qəbul edən Nəriman qapı qarşısında olan Addaiyə ötürsə versə də, Bəxtiyar qola imkan vermədi.
13-cü dəqiqədə Addainin ötürməsindən sonra irəli çıxan Juninyo topu Nərimana, o da baş zərbəsi ilə qapıya göndərsə də, zərbə qüvvətli alınmadı. Top toru silkələsəydi belə, ötürmə anında ofsayd olduğundan qol sayılmayacaqdı. Nəhayət, 23-cü dəqiqədə qonaqların əks-hücumunu izlədik. Nuno Buludovdan gələn topa zərbə endirməyə hazır olsa da, Almeyda onun qarşısını kəsdi. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunun 41-ci dəqiqəsində hesab açıldı. Romaonun uzun ötürməsini top meydandan çıxmaq üzrə olarkən qəbul edən Veşoviç Juninyoya, o da Nərimana ötürmə verdi. Nərimandan ötürməni qəbul edən Benzya dərhal dönərək topu tora göndərdi.
İkinci hissəyə naxçıvanlılar fəal başladı. 51-ci dəqiqədə Nuno Rodrigesin özündən geridə yer alan Santosa ötürməsi qolla nəticələndi. Lakin VAR-ın tələbindən və Rəvan Həmzəzadənin monitora baxmasından sonra qol ləğv olundu. Səbəb isə hücum anında Maçodonun topa toxunmasa da, ofsaydda olması idi. 67-ci dəqiqədə Diasın cərimə zərbəsindən göndərdiyi topa Şahruddinin müdaxilə etdi, sonra Nəriman topu səhvən rəqibə ötürdü. Lakin Nunonun zərbəsinin qarşısını Silva ala bildi. 71-ci dəqiqədə oyunun taleyi həll olundu. Bayramov – Zubir – Axundzadə kombinasiyasını fransalı qolla tamamladı. “Araz-Naxçıvan” sona qədər çox çalışsa da, təsəlli qolunu belə vura bilmədi. Bununla da liderlər arasındakı xal fərqi 8-ə çatdı. “Qırmızı-ağlar” da ən yaxın izləyicisindən 7 xal öndədi.
Gözdən qaçmadı
*  “Qarabağ”ı “İmarət” və “Qarabağ Ordu” dəstəkləsə də, “Araz-Naxçıvan” yenə dəstəksiz qalmışdı.
* 56-cı dəqiqədə Elmar Baxşıyev qeydə alınmayan qola görə baş hakimə sərt şəkildə etiraz etdi. Həmzəzadə isə cavabında ona “sarı” göstərdi. Bu gərginlik davam etsə də, fit sahibi baş məşqçiyə sona qədər qulaq asmaq istəmədi.
*  Matçın gedişində Marko Veşoviçlə Urfan Abbasov arasında gərginlik yaşandı.
RÖYANƏ OĞUZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri