Icma.az
close
up
RU
“Qarabağ”la “Deloitte Azərbaycan” arasında memorandum imzalandı

“Qarabağ”la “Deloitte Azərbaycan” arasında memorandum imzalandı

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”la “Deloitte Azərbaycan” arasında Anlaşma Memorandumu imzalanıb.

Futbolpress.az xəbər verir ki, klubun Suraxanı qəsəbəsində yerləşən “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutan tədbirdə memorandumu “Qarabağ”ın prezidenti Tahir Gözel və “Deloitte” şirkətinin Azərbaycandakı ofisinin İdarəedici Partnyoru Nuran Kərimov imzalayıblar. Klubun prezidenti Kərimova “Qarabağ”ın formasını hədiyyə edib.

Bu əməkdaşlığın əsas məqsədi klubun inkişafı üçün müxtəlif peşəkar xidmətlərin göstərilməsi, idarəetmə, strateji planlaşdırma və dayanıqlılıq istiqamətlərində dəstək verməkdir. İmzalanmış memorandum beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə, klubun idarəetmə təcrübələrini qlobal standartlara uyğunlaşdırmağa və gələcək inkişafına mühüm töhfə verməyə xidmət edir.

Tədbirdə çıxış edən Tahir Gözel klubun son dövrlərdəki fəaliyyətini qeyd edib:

“COP29 çərçivəsində “Qarabağ” Futbol Klubu olaraq mühüm addımlar atdıq. Həmin yolun nəticələrini bölüşmək istərdim. Əvvəla, COP29 zamanı klubumuzun təşəbbüsü ilə Football Clubs Alliance for Climate təsis olundu. Bu alyans “Qarabağ”ın dəvəti və təşəbbüsü ilə, COP29 Sədrliyi və UNFCCC-nin dəstəyi, həmçinin ECA ilə birgə təşkilatçılıqla gerçəkləşdi. Alyansda “Liverpul”, “Tottenhem”, “Atlétiko Madrid”, “Real Betis”, “Fənərbağça”, “Qalatasaray”, “Udineze”, “Porto”, “Flamenqo” və “Malmö” kimi dünya futbolunun aparıcı klubları “Qarabağ”la birlikdə iştirak etdilər. Bu klublar iqlim dəyişikliyi və dayanıqlılıq üzrə təcrübələrini bölüşdülər və birgə fəaliyyət üçün bəyannamə imzaladılar. Eyni zamanda “Qarabağ” BMT-nin “Sports for Climate Action” təşəbbüsünə rəsmi tərəfdaş qəbul olundu və bununla da regionda UNFCCC-yə üzv olan ilk futbol klubu statusunu qazandı. Bu üzvlük bizə “Race to Zero” kampaniyasına qoşulmaq imkanı yaratdı. Bu çərçivədə klubumuz aşağıdakı öhdəlikləri qəbul etdi: 2030-cu ilə qədər karbon emissiyalarını ən azı 50% azaltmaq, 2040-cı ilə qədər sıfır emissiyaya çatmaq, illik iqlim hesabatlarını ictimaiyyətə açıqlamaq, 12 ay ərzində konkret fəaliyyət planı təqdim etmək”.

Klubun prezidenti “Deloitte” ilə əməkdaşlığın rolunu da vurğulayıb:

“Bu prosesdə beynəlxalq tərəfdaşımız “Deloitte” ilə birgə klubun iqlim strategiyası hazırlanmış, bütün kommunikasiya və sənədləşmə işləri həyata keçirildi. Növbəti addımımız isə illik ESG (Environment, Social, Governance) hesabatlarının hazırlanmasıdır. 2025-ci ildən başlayaraq klubumuz hər il bu hesabatları təqdim edəcək. Hazırda ilk ESG hesabatımız üzərində işlər gedir və çox yaxın zamanda ictimaiyyətə təqdim olunacaq. Klubumuz üçün bu təşəbbüslər həm beynəlxalq etimadın göstəricisidir, həm də gələcək nəsillərə daha sağlam və davamlı bir mühit bəxş etmək öhdəliyimizin bariz sübutudur”.

Kərimov bu əməkdaşlıq barədə fikirlərini bildirib:

“Bu gün burada olmaq və Deloitte ilə “Qarabağ” Futbol Klubu arasında qurulan bu dəyərli tərəfdaşlıqdan danışmaq mənim üçün böyük qürurdur. Hər kəsə məlumdur ki, “Qarabağ” təkcə futbol meydanında qazandığı uğurlarla deyil, həm də ölkəmizi layiqincə təmsil edən, sosial məsuliyyət və dayanıqlı dəyərlərə önəm verən bir klub kimi artıq özünü sübut edib. “Qarabağ” Azərbaycan futbolunun pioneri və ilham mənbəyidir. “Deloitte”in məqsədi bu uğurlu yolun bir hissəsi olmaq, klubun gördüyü işləri daha da gücləndirmək və beynəlxalq miqyasda tanıtımını artırmaqdır. Biz dünyanın bir çox aparıcı idman qurumları – FIFA, UEFA, “Tottenhem”, “City Football Group” və Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlıq edirik. Bu təcrübəmiz bizə göstərib ki, idman yalnız oyun deyil, həm də cəmiyyətlərdə müsbət dəyişikliklərin aparıcı qüvvəsidir”.

Kərimov “Qarabağ”ın prezidentinə təşəkkür edib:

“COP29 zamanı başlayan əməkdaşlığımız da məhz bu ruhda davam edir. “Deloitte”in dəstəyi ilə “Qarabağ” artıq “İdman və İqlim Fəaliyyəti” təşəbbüsünün üzvü olub. Bizim rolumuz isə klubun atdığı bu addımları daha geniş platformalara daşımaq və dünyada səsini daha geniş miqyasda yaymaqdır. Cənab Tahir Gözələ xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onun vizyonu və rəhbərliyi sayəsində “Qarabağ” bu gün həm futbol meydanında, həm də dayanıqlı gələcək uğrunda mübarizədə nümunədir. Eyni zamanda “Qarabağ” komandasına da minnətdaram – sizin əzminiz və əməyiniz bu uğurları mümkün edib. Əminəm ki, bu tərəfdaşlıq sayəsində “Qarabağ”ın artıq mövcud olan liderliyi daha da möhkəmlənəcək. “Deloitte” olaraq, biz sadəcə dəstək verməyə yox, bu uğurları daha geniş auditoriyalara çatdırmağa gəlmişik”.

Tədbirin sonunda Tahir Gözel və Nuran Kərimovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Avqust 2026 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri