Icma.az
close
up
RU
“Qarabağ”la bitdi, “Qarabağ”la başlayır

“Qarabağ”la bitdi, “Qarabağ”la başlayır

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bu gün Misli premyer-liqasında qış fasiləsi başa çatacaq. Bununla da mövsümün əsas, yəni çempionun və avrokuboklara vəsiqə qazanacaq komandaların müəyyənləşəcəyi hissəsinə qədəm qoyacağıq.

Məlum olduğu kimi, 2024-cü ildəki son matç “Tofiq Bəhramov”da keçirildi və “Qarabağ” ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı məğlub etdi – 2:0. Elə yeni ilin, başqa cür adlandırsaq, “futbol ili”nin ikinci yarısının ilk matçı da həmin stadionda baş tutacaq. 19-cu turun ilk qarşılaşmasında “köhlən atlar” “Şamaxı”nı sınağa çəkəcək. Görüşü “CBC Sport” canlı yayınlayacaq. Turun qalan oyunları yanvarın 18-19-da keçiriləcək.
Misli premyer-liqası
3-cü dövrə, 19-cu tur
17 yanvar
Qarabağ – Şamaxı

“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 37:+24=9-4, 71:19.
1999/2000 - 2:0; 2000/01 - 3:0; 2001/02 - 1:2; 2002/03 - 3:1; 2004/05 - 3:1; 2005/06 - 1:0; 2006/07 - 0:1; 2007/08 - 0:1; 2008/09 - 1:1; 2009/10 - 1:1, 1:1; 2010/11 - 1:0, 1:0; 2011/12 - 1:0, 1:0; 2012/13 - 0:0, 3:2; 2013/14 - 2:0, 4:1; 2014/15 - 0:0, 0:0; 2015/16 - 1:0, 2:0; 2016/17 - 0:0, 0:1; 2017/18 - 1:0, 1:1; 2018/19 - 5:1, 3:0; 2019/20 - 2:2; 2020/21 - 6:1, 2:0; 2021/22 - 1:0, 8:0; 2022/23 - 4:0, 3:1; 2024/25 – 3:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-20-30.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00.
Artıq demək olar ki, hamının razılaşdığı fikir var: mövsümün sonunda “Qarabağ”ın çempionluğuna şahidlik edəcəyimizlə bağlı proqnoza mane olacaq hansısa komanda yoxdu. Və ilk 18 turda bunun əksini sübut edəcək ciddi dəlilə rast gəlmədik. Ağdamlıların ən yaxın izləyicisi olan “Araz-Naxçıvan”dan avrokuboka görə bir oyun az keçirməsi “qırmızı-ağlar”ın dəfələrlə lider olmasıyla nəticələndisə, oyun sayı bərabərləşəndən sonra “daşlar yerinə oturdu”.
Yuxarıda bəhs etdiyimiz kimi, həlledici görüşdə də qalib gələn “köhlən atlar” qış çempionu oldu. Hələ ki Qurban Qurbanovun komandasının hansı çətinliklərlə üzləşəcəyini bilmirik. O bəllidi ki, “Şamaxı” ilə matç “köhlən atlar” üçün heç də çətin keçməyəcək. Hər halda, “Qarabağ” “şirlər”ə sonuncu dəfə 2017/18 mövsümündə uduzub – 0:3. Həmin vaxt bu komanda hələ “Keşlə” adlanırdı.
Qısası, qonaqların imkansız görünən, amma mümkün qələbəsinə “sensasiya”dan başqa ad qoymaq olmaz. Ayxan Abbasovun komandasında yeni transferlər də çoxdu, gedənlər də. Ümumiyyətlə, “şirlər”in yenidən qurulduğunu iddia etsək, yanılmarıq. Görünür, ya danışılmış oyunlarla bağlı proses, ya da sonradan ortaya çıxan bəzi məsələlər “Şamaxı”nı ciddi dəyişikliklərə vadar edir. Bunun nə ilə nəticələnəcəyini zaman göstərəcək.
Beləliklə, qonaqların “Tofiq Bəhramov”dan azı “sülh”lə qayıtması üçün möcüzə lazımdı. Axı statistika da “şirlər”in əleyhinədi. Dəqiq desək, “Qarabağ” bu komanda ilə son 7 oyunda qələbə qazanıb. Üç görüşdü “Qarabağ”a qol vurmayan “Şamaxı” son 21 matçda qalib gələ bilməyib.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 76 dəfə qarşılaşıb. Bunların 39-da Ağdam, 13-də Şamaxı təmsilçisi üç xala yiyələnib, 24-də hərəyə bir xal düşüb. Topların nisbətində “köhlən atlar” öndədi – 111:44.
1. Qarabağ 18 15 2 1 47-7 47
2. Araz-Naxçıvan 18 12 3 3 21-13 39
3. Turan Tovuz 18 8 8 2 24-15 32
4. Zirə 18 9 3 6 28-16 30
5. Sabah 18 6 8 4 27-24 26
6. Sumqayıt 18 6 2 10 15-26 20
7. Şamaxı 18 4 5 9 16-23 17
8. Neftçi 18 3 8 7 16-27 17
9. Kəpəz 18 3 2 13 12-41 11
10. Səbail 18 2 3 13 16-30 9
Bombardirlər: Coy-Lens Mikels (Sabah), Felipe Santos (Araz-Naxçıvan) – 8, Davit Volkov (Zirə) – 7.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Yanvar 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri