Qarabağla matçdan əvvəl Lionda rotasiyası: Lakazette və Matiç oynamaya bilər
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın “Lion” klubunun baş məşqçisi Pyer Saj Avropa Liqasının əsas mərhələsinin V turunda "Qarabağ"a qarşı Bakıda keçiriləcək oyunla bağlı heyətdə rotasiya edəcək.
Sportal.az Fransanın "Le Progres" nəşrinə istinadən xəbər verir ki, Azərbaycana uzun səfəri və sıx qrafiki nəzərə alaraq, mütəxəssis Aleksandr Lakazetteyə istirahət verəcək.
Bununla yanaşı isə, Abner Vinisius və Nemanya Matiçin oyuna start heyətində başlamayacağı, lazım gələcəyi təqdirdə sonradan meydana buraxılacağı ehtimal edilir. Onların əvəzinə isə Jordan Veretu və Maksansa Kakerinin start heyətində yer alacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ" - "Lion" matçı noyabrın 28-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















