Icma.az
close
up
RU
“Qarabağ”la “Neftçi”: Biri əsrin, digəri tarixin rekordçusu İdman və Biz

“Qarabağ”la “Neftçi”: Biri əsrin, digəri tarixin rekordçusu İdman və Biz

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” son günlərini yaşayan 2024-cü ildə Misli Premyer Liqasında ən çox qol vuran komanda olub.

İdman.biz 99 qol vuran Ağdam klubunu əvvəlki illərin məhsuldar komandaları ilə müqayisə edib.

Qurban Qurbanovun yetirmələri ölkə çempionatlarının arxada qalan 33 ilində heç də rekordçu deyil. Bu, tarixin 3-cü nəticəsidir.

Mütləq rekord isə ilk milli çempionatda qeydə alınıb. Əhməd Ələsgərovlu “Neftçi” yaz-payız sistemi ilə keçirilən 1992-ci il mövsümündə 104 qola sevinib.

“Qarabağ”ın 5 addımlığında qaldığı həmin rekord 32 ildir əlçatmazdır. Tarixin ikinci nəticəsi də həmin mövsüm qeydə alınıb. Sumqayıt “Xəzər”i 100 qola sevinib.

Tarixin üçüncüsü olan “Qarabağ” həm XXI əsrin, həm də payız-yaz sistemli, iki mövsümün yarısını birləşdirən təqvim illərinin mütləq rekorduna imza atıb.

İkinci göstəricidə rekord “Kəpəz”ə məxsus idi. 1997/98 və 1998/99 mövsümlərinin 1998-ci ilə aid hissəsində Gəncə klubu 91 dəfə fərqlənib. Qərblilər bundan üç il əvvəl – 1995-ci ildə isə 88 dəfə rəqib qapısına yol tapıb.

XXI əsrin əvvəlki rekordu həm də “Qarabağ”ın şəxsi rekordu idi. Ağdamlılar ötən il 88 qol vuraraq tarixin 4-cü nəticəsinə şərik olublar.

Qeyd edək ki, 2024-cü ilin ikinci ən məhsuldar komandası olan “Sabah” 52 qola sevinib.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri