“Qarabağ”la “Neftçi”nin gözü onda İdman və Biz
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlovun "Qarabağ"ın maraq dairəsində olduğu məlumdur.
İdman.biz xəbər verir ki, Sport24.az-ın əldə etdiyi məlumata görə, "Neftçi" də Elvini rənglərinə bağlamağı düşünür.
İlk baxışdan bu məsələdə Ağdam təmsilçisi daha şanslı görünür. Elə futbolçu özü də Qurban Qurbanovun komandasına yollanmağa razıdır. Sadəcə, "süvarilər" üçün 29 yaşlı müdafiəçinin keçidi prioritet sayılmır. Hər şey limit məsələsindən asılıdır.
İcraiyyə Komitəsi Premyer Liqada limiti aradan götürəcəyi halda "Qarabağ" Bədəlovun əvəzinə düşərgəyə legioner müdafiəçi dəvət edəcək. Yox, limit qalacağı halda Qurbanov yerli statusuna görə Elvini komandasına dəvət edəcək.
Paytaxt klubunun baş məşqçisi Samir Abasov isə limitdən asılı olmayaraq, Bədəlovu komandasında görmək istəyir.
Qeyd edək ki, Bədəlovun "Sumqayıt"la müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















