“Qarabağ”la oyuna vaxt aparmaq üçün yox, qələbə üçün çıxmışdıq”
Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”dan bir xal almağımız çox yaxşı oldu. Çünki bundan öncə “Sumqayıt”la görüşdə çox pis oynamışdıq. Buna görə psixoloji düşkünlük var idi. Amma “Qarabağ”dan xal almaqla vəziyyəti düzəltdik”.
Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Elmir Tağıyev “Qarabağ” görüşü (0:0) barədə danışarkən deyib. O, Ağdam klubu ilə oyunda komandanın vaxt aparması və meydançanın sulanmaması iddiasına belə münasibət bildirib:
“Meydana vaxt aparmaq üçün yox, qələbə üçün çıxmışdıq. Düşünmürəm ki, vaxt aparmışıq. Hər komanda nəticə sərf edəndə belə oynayır. Normal mübarizəmizi aparmışıq. Meydançaya gəlincə, ola bilsin “Qarabağ” üçün hansısa çətinlik olub. Biz də həmin meydanda oynayırıq. Bəlkə də biz öyrəşmişik. Ancaq meydança hər oyun belə olur, xüsusi bir çətinlik yox idi”.
Tağıyev qarşıdakı Premyer Liqada qalmaq üçün mübarizə apardıqları “Səbail”lə oyun barədə də danışıb:
“Səbail”lə final kimi oyuna çıxacağıq. Ancaq qələbə barədə düşünürük. “Kəpəz” üçün də, rəqib üçün də 6 xallıq oyundur. Bizim əsas rəqiblərimiz “Səbail”, “Sumqayıt”, “Şamaxı”dır. Ona görə də bu komandalara qarşı görüşdə mütləq qələbə qazanmaq istəyirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 17 Mart 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















