Liverpul un baş məşqçisi: Oyuna qalib gəlmək üçün çıxmışdıq, amma...
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qalatasaray"ın qazandığı və qalibiyyət qolu gətirən penaltisi mübahisəlidir"
Mia.az Türkiyə mediasına istinadla bildirir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqası çərçivəsində "Qalatasaray"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra verdiyi açıqlamada deyib.
Hollandiyalı mütəxəssis bildirib ki, uduzmaları onu çox məyus edib: "Çox məyusam. Qarşılaşmaya qalib gəlmək üçün çıxmışdıq, bura bu məqsədlə gəlmişdik. olmadı. Bu, mənim üçün son liqa oyununda "Kristal Pelas" matçından fərqli bir məğlubiyyət idi. İlk hissədə daha yaxşı idik. İkinci hissədə şans yaratmaq getdikcə çətinləşdi. "Qalatasaray"ın qazandığı penalti mübahisəli idi. Hakinm belə deyək ki, çox "çətin qərar"a imza atdı. Orada rəqibin ayağında heç bir müdaxilə olmadı..."
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 01 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















