“Qarabağ”la təxirə salınmış oyunun keçirilmə tarixi ilə bağlı qərarı “Neftçi” qəbul edibmiş
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Təxirə salınmış “Neftçi” – “Qarabağ” matçı ilə bağlı daha bir detal bəlli olub.
İdman.Biz-in Apasport.az-a istinadən məlumatına görə, oyunun keçirilmə tarixi ilə bağlı yekun qərarı “Neftçi” verib.
Belə ki, Peşəkar Futbol Liqası (PFL) tərəfindən qarşılaşmanın yeni vaxtı üçün iki variant təklif olunub.
İlkin versiya həmin görüşün 27-ci və 28-ci tur aralığına salınması olub. Lakin “Neftçi” həmin ərəfədə “Araz-Naxçıvan” və “Zirə” ilə qarşılaşacağından bunu məqbul hesab etməyib.
Nəticə etibarilə “ağ-qaralar” təklif olunan digər variantı seçib. Buna səbəb klubun avrokuboklara mübarizədə rəqibi olan komandalarla görüşü daha ciddi hesab etməsi olub.
Ayın 25-i üz-üzə gələcək komandalar PFL-in təklifi və “Neftçi”nin razılığı əsasında aprelin 30-da yenidən qarşılaşacaqlar.
Beləliklə, 21 və 29-cu tur çərçivəsində 5 gün arayla iki “Neftçi” – “Qarabağ” matçı izləyəcəyik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 17 Mart 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















