“Qarabağ”la “Neftçi” belə razılaşdı
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Neftçi" və "Qarabağ" klublarının əvəzedici heyətləri arasında baş tutan qarşılaşmada qonaq komanda azarkeşlərinin tribunaya buraxılmaması ilə bağlı yaranan müzakirələrə aydınlıq gətirilib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Qarabağ" azarkeşlərinin "Neftçi" ilə olan oyuna buraxılmaması ortaq qərardır.
Bildirilib ki, bu, son dövrlərdə azarkeşlər arasında yaşanan gərginlik səbəbindən atılan addımdır.
Belə ki, hər iki klubun rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.
Qeyd edək ki, sözügedən qərar komandalar arasında baş tutan Premyer Liqa oyunlarına aid deyil.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 08 Fevral 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















