“Qarabağ”la vidalaşdı: “Bu forma ilə böyüdüm və xatirələr qazandım”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”dan Türkiyənin “Bursaspor” klubuna transfer olunan Toral Bayramov sosial şəbəkə hesabında yazıb.
25 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə vidalaşaraq klubda keçirdiyi illərin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Mənə güvənən hər kəsə – rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. “Qarabağ” mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi”.
Milli futbolçu UEFA Çempionlar Liqasında əldə olunan uğura da toxunub:
“Doğma “Qarabağ”ı çempion kimi tərk etmək istəyərdim. Olmadı… Əvəzində Çempionlar Liqasında tarix yazıldı! Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb keçidimə anlayışla yanaşan rəhbərliyə xüsusi təşəkkür edirəm”.
Bayramov paylaşımını “Hər son yeni başlanğıcdır. Görüşənədək, uğurlar “Qarabağ” sözləri ilə tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 28 May 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















