Qaraciyəri xəstəliklərdən və piylənmədən qoruyan ədviyyat
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.
Cövüz bütün dünyada ədviyyat kimi istifadə olunur. Cözüz ət yeməklərinə, tərəvəzlərə, müxtəlif souslara, şirniyyat və içkilərə əlavə olunur.
Saglamolun.az xəbər verir ki, Şərq təbabətində cövüz mədə-bağırsaq sistemi xəstəlikləri və artritin müalicəsində çox geniş istifadə olunur.
Çinin Nançanq Universitetinin (Nanchang University) alimləri cövüzün orqanizmə olan faydalı təsirini araşdırıb belə nəticəyə gəliblər ki, cövüz qaraciyərdə iltihabı azaldır və bununla da qaraciyəri xəstəliklərdən qoruyur. Həmçinin cövüz qaraciyərin piylənməsinin qarşısını alır.
Mütəxəssislərin fikrinə görə, bunun səbəbi cövüzün tərkibində olan "liqnan" maddələridir. Bu maddələrin güclü antioksidant xüsusiyyətləri var.
Alimlər qaraciyəri sağlam saxlamaq istəyən insanlara cövüzü qidalara əlavə etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, çoxlu miqdarda istifadə olunduqda digər ədviyyatlar kimi cövüz də orqanizmə toksiki təsir edir. Bu səbəbdən cövüzü müntəzəm olaraq, lakin az miqdarda (0,1 qr-dan çox olmayaraq) yeməklər və şirniyyatlara əlavə etmək lazımdır.
Cövüzü toz şəklində deyil, "qoz" şəklində alın və yeməklərə əlavə etdikdən əvvəl sürtgəcdən keçirin. Ədviyyatı yeməklərə hazır olana yaxın əlavə edin. Şirniyyatlar bişirəndə cövüzü xəmirə əlavə etmək lazımdır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Noyabr 2024 05:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















